Azərbaycanda Qış ekstrim mövsümündə indəyə qədər görülməmiş layihə işıq üzü görmüşdür. Yanvarın 10-u, Şahdağ Turizm Kompleksində çox enerjili və maraqlı yarış keçirilmişdir. "Bizon Katapulta" adlanan layihədə tamaşaçılar hər bir iştirakçının maraqlı geyimlərdə elastik ip vasitəsilə 15 metr yüksəkliyə qaldırılaraq "snowmobile" ilə onları dartıb 20 metr uzaqlıqdan havaya attılmasının şahidi olmuşdur. İştirakçılar yüksək sürətlə önə və arxaya uçmuşlar.

Yarışda iştirak etmək üçün hər hansı bir maraqlı performans göstərmək istəyən müxtəlif kostyumlu iştirakçılar üçün 1 ay əvvəldən qeydiyyat aparılmışdır. 30 ən maraqlı konsepsiyası və kreativ kostyum seçən iştirakçılar seçilərək iştirak etmək hüququ qazanmışdır. Qaliblər layihənin partnyorları tərəfindən müxtəlif qiymətli hədiyyələrlə təltif olunmuşlar.

Münsiflər heyəti məhşur DJ Çingiz Mustafayev (DJ China), “Miss Azərbaycan” Cavidan Qurbanova və Şahdağ Turizm Mərkəzinin nümayəndəsi Man Fert olmuşdur. Onlar qalibləri aşağıdakı kriteriyalara görə qiymətləndirərək 2 nominasiya üzrə qalibi müəyyən etmişlər. Ən kreativ konsept nominasiyasında

“Ceyms Bond” kostumu və çıxışına görə qalib gələn Elşad Əsədov oldu. Tamaşaçıların simpatiyasını qazanmış iştirakçı isə “Jessika Rabbit” kostuyumu və çıxışı ilə qalib gələn Fidan İsmixanova oldu.

Təşkilatçı olaraq Xtreme Pro və Bizon Energy Drink, partnyorlar "Şahdağ" Qış-Yay Turizm Mərkəzi və EF Education First-dir. İnformasiya dəstəyi Milli.az, trend.az, day.az, Oxu.Az 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt