BMW 3 Series Touring universalı 32 il bundan öncə işıq üzü görüb. Bu müddət ərzində universal kuzovlu «üçlük» 1,7 milyonluq tirajla satılıb. Qeyd etmək gərəkdir ki, bu avtomobillərdən yarım milyonu məhz əvvəlki nəslin payına düşür.

Bu gün alman istehsalçısı BMW 3 Series Touring modelinin altıncı nəslini təqdim edib. Yeni universalın qabarit uzunluğu 4709 millimetr, eni - 1827 millimetr, hündürlüyü isə 1470 millimetr təşkil edir. Avtomobilin təkər bazasının uzunluğu 2851 millimetrdir. Beləliklə, yeni model sələfindən 76 millimetr uzun, 16 millimetr enli və 8 millimetr hündürdür. Təkər bazasına gəldikdə isə, yeni universalın bazası əvvəlkindən 41 millimetr genişdir.

Dizayna gəldikdə, BMW 3 Series Touring modeli sedan kuzovlu variantı təkrarlayır. Yeni universalın sələfindən fərqi yalnız arxa dayağa doğru yüngül şəkildə yüksələn pəncərə xəttidir. Elektrik ötürməsi ilə təchiz edilən beşinci qapının üzərində kiçik spoyler də quraşdırlıb. Avtomobilin interyer dizaynı da sedanla eynidir. Şirkətdən yeni universalın salonunun sələfindən daha geniş olduğu və sərnişinlərin çiyin zonasında olan artımı dərhal hiss edəcəkləri bildirilib.

Modelin standart təchizatına yeni dəri multifunksional sükan və idman profili olan oturacaqlar, həmçinin LED işıq texnikası, aluminium reylinqlər və pəncərə haşiyələri daxildir. Məlim məsələdir ki, universal 40:20:40 nisbətində bölünən arxa oturacaqlara və 500 litrlik həcmi olan baqaj bölümünə sahib olub. İkinci oturacaq cərgəsinin qatlanması halında bu rəqəm 1510 litrə qədər arta bilər. Baqaj bölümünün kandarı bir qədər aşağı endirilib. Bundan başqa, beşinci qapının açılan şüşəsi 20 millimetr geniş olub. Əlavə ödənişlə ikinci cərgənin elektrik ötürməsi ilə qatlanmasını və baqajın yerdəyişməsinin qarşısını alan döşəmədəki rezin istiqamətvericiləri sifariş etmək mümkündür. 

Universalın aerodimnamik müqavimət əmsalı 0,27-yə barəbardər. Sedanda bu əmsal 0,23-dür. Lakin, əvvəlki modelin 0,29-luq əmsalını nəzərə alsaq, yeni 3 Series Touring modelinin daha aerodinamik olduğunu söyləmək olar. Universal üçün M Sport dəsti də daxil olmaqla bütün tərtibat variantları əlçatandır.

Opsiyalar və avadanlığa gəldikdə universal sedanı təkrarlayır. Avadanlıq siyahısında üçzonalı klimat-kontrol, adaptiv asqı, panoram tavan və hətta özüqapanan differensial da vardır.

İlkin olaraq, BMW 3 Series Touring altı versiyada təklif ediləcəkdir. Benzin mühərrikli modifikasiyalar 320i (184 a.q.), 330i (258 a.q.) və M340i (374 a.q.), dizel aqreqatlı versiyalar isə 318d (150 a.q.), 320d(190 a.q.) və 330d (265 a.q.) modifikasiyaları ilə təmsil oluinacaqdırlar. Əsas transmissiya səkkiz pilləli Steptronic qutusudur. 150 və 190 at qüvvəli dizel mühərriklərini 6-pilləli mexaniki qutu ilə də sifariş etmək mümkündür. Məlum məsələdir ki, xDrive tam ötürməsi də nəzərdə tutulub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Universal ilk dəfə olaraq hibrid güc qurğusu ilə təklif ediləcəkdir. BMW 330e Touring modeli 2020-ci ildə satışa çıxmalıdır. Hibrid qurğunun tərkibinə 2,0-litrlik turbomühərrik və elektrik mühərriki daxildir. Güc qurğusunun ümumi hasilatı 292 at qüvvəsidir. Sırf elektrik ötürməsi ilə universal 63 kilometr qət edəcəkdir.

Yeni BMW 3 Series Touring modelinin kütləvi təqdimat mərasimi sentyabr ayında işinə başlayacaq Frankfurt avtosalonunda keçiriləcəkdir. Avtomobilin satışlarına eyni tarixdə başlanacaqdır.