BMW şirkəti 8 Series ailəsinin son üzvünü təqdim edib. Dördqapılı sedanın ardınca onun “bərkgedən” versiyası olan M8 Gran Coupe modeli də işıq üzü görüb. “Bərkgedən” dördqapılı kupeni karbondan hazırlanmış dam, xüsusi aerodinamik güzgülər, iri hava girişləri olan original bamperlər, buraxılış sisteminin iki çütlənmiş çıxış boruları, original dizayna malik olan 20-düymlük təkər diskləri, güclü əyləc mexanizmləri və çoxsaylı emblemlər sayəsində ayırd etmək olar.

BMW M8 Gran Coupe Competition modeli isə radiator barmaqlığı, bamper, güzgü, spoiler və səsboğucu sistemin çıxış borularının qara rəngli tərtibatına malidir. Salonda firma sükan çarxını, ötürmələr qutusunun xüsusi selektrounu, ön idman oturacaqlarını və M loqotiplərini görmək olar.

BMW M8 Gran Coupe modeli M5 sedanından götürülmüş 600 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 4,4-litrlik V8 biturbo mühərriki, səkkiz pilləli avtomatik qutu və ön oxu məcburi ayıran M xDrive tam ötürməli çəkiş sistemi ilə təchiz olunur. İki avtomobil arasındakı fərq yalnız bu sistemlərin tənzimləmələrindədir. M8 Gran Coupe Competition modifikasiyasında güc aqreqatı 625 at qüvvəsi hasil edir. Əlavə olaraq, ekstremal variant mühərrikin daha sərt dayaqlarına və daha «sərbəst» buraxılış sisteminə sahib olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BMW M8 Gran Coupe sedanı 100 km/saat həddinə 3,3 saniyəyə, M8 Competition isə 3,2 saniyəyə sürətlənir. 200 km/saata sürətlənmə isə, versiyadan aslı olaraq, 10,6 - 11,3 saniyə təşkil edir. Məlum məsələdir ki, M8 modelinin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb. M Driver’s Package dəstinin sifarişi halında  bu həddi 305 km/saata çəkilir.

BMW M8 Gran Coupe modelinin istehsalına noyabr ayında başlanacaqdır. İlkin olaraq məhdud saylı First Edition seriyasından olan sedanlar konveyerdən çıxacaqdırlar. Bu modifkasiya bürünc dekoru olan unikal interyerə, təkər disklərinin xüsusi dizaynı ilə seçiləcəkdirlər. “Birinci” seriyadan olan avtomobillər 400 nüsxəlik tirajla buraxılacaqdırlar.