BMW Group, Daimler AG, Volkswagen Group və Ford Motor Company avtomobil istehsalçılarından ibarət konsorsium Ionity elektrik yükləmə stansiyalarının dizaynını təqdim edib. Bu stansiyalar Avropanın əsas magistral yolları boyu inşa ediləcəkdir.

Hər bir kompleks “süzən” tavanı və açıq işıqlı məkan yaradan konstruksiyası ilə seçiləcəkdir. Yükləmə stansiyasının əsası şaquli quraşdırılan pilon olacaqdır. Gecələr bu pilonun mayak rolunu oynayacağı ehtimal edilir. Elektrikdoldurma stansiyalarının əsas xüsusiyyəti “rəvan səthin, intellectual interfeyslərin və yüngül materialların” vəhdəti olacaqdır.

Konsorsium 350 kilovat gücündə 400 yükləmə stansiyasının açılmasını planlaşdırır. İlk 20 stansiya artıq keçən il istismara verilibdir. Bu ilin sonuna daha 100 stansiya inşa ediləcəkdir. Elektrikdoldurma stansiyalar şəbəkəsinin yaraılması 2020-ci ilə kimi başa çatdırılacaqdır.

Hazırda ən geniş elektrikdoldurma stansiyaları kompleksləri Tesla şirkətinə məxsusdur. Onların ümumi sayı 1130 ədəddir. Komplekslərin ərazisində 8496 stansiya vardır.

İri avtomobil istehsalçıları tərəfindən elektromobillərə üstünlük verilməsinin əsas səbəbi Avropa İttifaqının atmosferə atılan zərərli tullantıların azaldılması tələbidir. 2021-ci ilə model xətti üzrə ortalama göstərici bir kilometrə 95 qramdan az olmalıdır.

Yeni tələblərə əsasən benzin mühərriklərində 100 kilometrə yanacaq sərfiyyatı 4,1 litr, dizel mühərriklərində isə 3,6 litr təşkil etməlidir.

Image alt Image alt Image alt