Keçən ilki BMW M4 CSL kupesi həqiqətən də ekstremal alınıb: hardkor kupe 100 kiloqram azaldılmiş çəkiyə, ikiyerliı salona, gücləndirilmiş mühərrikə və arxa ötürməyə malikdir. Lakin BMW M3 sedanının CS indeksli ekstremal versiyası fərqli, o qədər də radikal olmayan reseptə əsasən inşa edilib. O, tamölçülü dörd yerlik salonu qoruyub və əvvəlki kimi gündəlik istifadə üçün yararlıdır. Bununla belə, ekstremal sedan yarış trekində daha bacarıqlı olub.

Əsas kimi, səkkiz pilləli “avtomatı” və aktiv arxa M-diferensialı olan tamötürməli BMW M3 Competition xDrive sedanı götürülüb. Ön təkərlərin sabitləşdirmə sistemi ilə birlikdə məcburi şəkildə söndürüldüyü drift rejimi də saxlanılıb. Gücləndirilmiş 3,0-litrlik biturbo mühərrik M4 CSL modelindəki ilə eynidir. Yeni dirsəkli val, fərqli idarəetmə bloku və üfürmənin artırılmış təzyiqi (1,7-dən 2,1 bara qədər) mühərrikin gücünü 510-dan 550 at qüvəsinə qədər artmağa imkan verib lakin, fırlanma anı dəyişməyib (650 Nm). Daha sərt mühərrik dayaqları peyda olublar.

Artıq çəki ilə mübarizə o qədər də güclü olmayıb. Məsələn, ön oturacaqlar karbondan hazırlansalar da, elektrik tənzimlənməsinin tam dəstinə və qızdırılma funksiyasına malikdirlər. Səs izolyasiyasının sadələşdirilməsindən ümumiyyətlə söhbət gedə bilməz. Bununla belə, karbondan hazırlanmış hissələrin çeşidi genişləndirilib: dam, kapot, güzgü və hava girişlərinin korpusları, spoyler, diffuzor və splitter, eləcə də mərkəzi tunelin kompozitdən hazırlanıb. Titan hazırlanmış buraxılış sistemi quraşdırılıb. Nəticədə sedan cəmi 20 kiloqram “arıqlayıb”: onun boş çəkisi 1765 kiloqramdır.

Asqıda trekdəki gedişlərə yönəlmiş yeni yaylar, adaptiv amortizatorlar və stabilizatorlar peyda olublar. Sükan mexanizmi yenidən tənzimlənib, döymə təkər diskləri və trek şinləri quraşdırılıb. Əlavə ödəniş etmədən onları yol şinləri ilə də əvəzləmək olar. Ancaq BMW M4 CSL kupesində karbon-keramik əyləclər standartdırsa, M3 CS sedanı üçün belə əyləc mexanizmləri opsiyadır. Baza əyləcləri tərkibli disklərə malikdirlər. Kapotun altındakı alüminium gücləndiricini quraşdırmaq üçün isə, əlavə ödəniş tələb olunur.

Nəticədə, BMW M3 CS modeli 100 km/saat 3,4 saniyəyə sürətlənir. Xatırladaq ki, orijinal tamötürməli sedan bu işə 3,5 saniyəyə, arxa ötürməli ekstremal M4 CSL kupesi isə, 3,7 saniyəyə sərf edir. Lakin 200 km/saat həddinə sürətlənmədə arxa ötürməli kupe qalib gəlir: 11,1 saniyəyə qarşı 10,7 saniyə. Sürət məhdudlaşdırıcısı çıxarılıb, ona görə də maksimal sürət 302 km/saat (“adi” BMW M3 sedanında 290 km/saat) təşkil edir. M4 CSL kupesi daha sürətlidir - 307 km/saat.

CS versiyası ilə standart M3 arasındakı əsas zahiri fərqlər qırmızı haşiyəsi olan yeni "burun dəlikləri" və parlaq sarı rəngli işıqlardan ibarətdir. Günəşliyi olmayan və özündə iki ekranı birləşdirən ön panel bütün yenilənmiş 3 Series modellərindəki kimidir. İnteryer geniş şəkildə karbon liflindən dekor ilə bəzədilib, sükan çarxı zamşa ilə üzlənib  və sıfır işarəsinə malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BMW M3 CS sedanlarının istehsalına mart ayında başlanacaqdır. Sedanın tirajı formal olaraq məhdudlaşdırılmayıb (M4 CSL kupesindən fərqli olaraq), lakin belə avtomobillər az sayda istehsal ediləcəkdirlər. M3 CS modelinin qiyməti 146 min avrodur, yəni o, tamötürməli M3 sedandan demək olar ki, 46 min avro bahadır. Bununla belə, BMW M4 CSL daha bahalıdır – ekstremal kupe üçün minimum 165 min avro tələb olunur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.