M GmbH bölməsinin 50-illik yubileyini bayram edən BMW şirkəti ekstremal M4 CSL kupesini göstərib. Yeni hardkor kupeni canlı olaraq görmək istəyənlər d’Este villasında keçiriləcək Zəriflik müsabiqəsinə təşrif buyurmalıdırlar.
M4 CSL kupesi dördüncü seriyanın mülki modelləri arasında ən ekstremalıdır. O, ümumi istifadə yolları üçün nəzərdə tutulmuş mülki modellər arasında M4 GT3 kupesinə ən yaxın olanıdır və burada təəccüblü bir şey yoxdur - çünki ekstremal kupedə tətbiq edilən texnologiyaların əksər hissəsi birbaşa avtoidman aləmindən götürülüb. Bununla belə, kupe gündəlik istismar üçün kifayət qədər rahatdır.
Ekstremal kupenin nümayiş versiyası boz Frozen Brooklyn Grey rənginə boyanıb. Alternativ olaraq ağ Alpine White və ya Black Sapphire rəngini sifariş etmək olar
İnkişaf etdirilmiş kuzov dəsti, çoxsaylı qırmızı aksentlər, radiator barmaqlığının başqa içalatı, sarı gündüz hərəkət işıqları və unikal arxa fənərlər və yubiley retroemblemi sayəsində M4 CSL modelini M4 Competition versiyası ilə səhv salmaq qeyri-mümkündür.
Modelin adındakı CSL abbreviaturası Coupe Sport Leichtbau (“yüngülləşdirilmiş idman kupesi”) kimi açıqlanır. Bu indeks artıq BMW tərəfindən iki dəfə istifadə edilib: keçən əsrin yetmişinci illərində 3.0 CSL, iki mininci illərində isə M3 CSL modeli buraxılıb. Bu günki debütantın sələfi isə, keçən onlliyin ortalarında 700 nüsxəlik tirajla buraxılmış əvvəlki nəsil M4 GTS kupesi sayılır. M4 CSL modelinin tirajı da məhdudlaçdırılacaqdır - amma 1000 nüsxə ilə…
M4 CSL modelinin mərkəzi konsolu tamamilə karbondan hazırlanıb
M4 CSL modelinin tam çəkisi 1625 kiloqramdır - bu, M4 Competition modifikasiyasında olduğundan 109 kiloqram azdır. Çəkiyə qənaətə tam ötürmə, arxa divan, səs izolyasiyasının bir hissəsindən imtina və kompozit materiallardan bol istifadə sayəsində nail olunub.
Məsələn, karbon lifi ilə gücləndirilmiş plastikdən təkcə dam deyil, həm də kapot, quraşdırılmış spoyleri olan baqaj qapağı, splitter, diffuzor, güzgü gövdələri və M Carbon kreslolarının karkasları da daxil olmaqla bir sıra interyer detalları hazırlanır. Yeni gəlmişkən, idman oturacaqları əl ilə tənizmlənir və qızdırılma funksiyasına malik deyillər.
Arxa divanınm yerində dəbilqələr üçün yuvalar var
Çəkinin azaldılmasına yüngülləşdirilmiş təkər diskləri, 8 millimetr azaldılmış hündürlüyü və elektron idarələnən adaptiv amortizatorları olan M-asqısı, karbon-keramik əyləc mexanizmləri və titandan buraxılış sistemi də xidmət edir. Əlavə olaraq, unikal arxa fənərlər, başqa içalatı olan radiator barmaqlığı və xalçalar da bu işə öz töhfələrini veriblər.
Ən vacib aspekt - güc artımıdır. Üç litrlik sıralı altısilindrli S58 mühərrikin gücünü 510-dan 550 at qüvvəsinə qədər artırıblar və bu zaman M4 GT3 kupesində tətbiq edilmiş işləmələr kara gəliblər. Yarış kupesinin bənzər mühərriki 590 at qüvvəsi hasil edir. Maksimal fırlanma anı əvvəlki kimi qalıb - 650 Nm. Güc aqreqatı yenidən sazlanmış səkkizpilləli M Streptronic “avtomatı” ilə təchiz edilir - Drivelogic funksiyası sayəsində ötürmələr M4 Competition modeli ilə müqayisədə daha yeyin həyata keçirilir.
Mühərrik bölümündə quraşdırılmış xüsusi konstruksiya kuzovun sərtliyi arytırmağa xidmət edir
550 at qüvvəli arxaötürməli BMW M4 CSL kupesi 100 km/saat həddini 3,7 saniyəyə toplayır, bu 510 at qüvvəli kupedə olduğundan 0,2 saniyə yeyindir. Hardkor kupenin maksimal sürəti 307 km/saatdır. Müqayisə üçün: M Driver’s paketi olan M4 Competition modeli 290 km/saata qədər sürətlənir. Son sınaqlar zamanı, ekstremal kupe Nürburqrinqin 20,8 kilometrlik variantını 7 dəqiqə 20,2 saniyəyə qət edib. Bu, seriya BMW modellər arasında ən yaxşı nəticədir.
Təkcə M-Carbon oturacaqları 34 kiloqram çəkiyə qənaət etməyə imkan veriblər
Almaniyada M4 CSL modeli 165 200 avrodan başlayan qiymətlərlə satılacaqdır - yəni, M4 Competition modelindən 1,5 dəfə baha. Hardkor kupenin istehsalı iyul ayında başlanacaqdır. Ekstremal kupenin buraxılışı bir ilə yaxın davam edəcəkdir, bundan sonra qohum M3 CS sedanı işıq üzü görməlidir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.