Bu günlərdə İnternet şəbəkəsində BMW XM hibrid superkrossoverinin ən ucuz versiyasının xüsusiyyətləri peyda olub. 50e prefiksini daşıyan başlanğıc səviyyəli BMW XM krossoveri Bavariya markasının alman saytında peyda olub. Ən maraqlısı odur ki, bu günə qədər belə versiyanın təqdimatı ilə bağlı rəsmi açıqlama verilməyib. XM 50e altısilindrli mühərrikə əsaslanan hibrid güc qurğusu ilə təchiz edilib.

Xatırladaq ki, daha bahalı versiyalarda isə hibrid qurğu V8 mühərrikinə əsaslanır. Müvafiq olaraq, XM 50e  modeli digər modifikasiyalarından daha yavaşdır – o, yerindən 100 km/saat həddini toplamağa 5,1 saniyəyə sərf edir.

BMW XM 50emodelini  benzin “altılığı” və səkkiz pilləli avtomata quraşdırılmış 197 at qüvvəli elektrik mühərriki hərəkətə gətirir. Aqreqatların ümumi hasilatı 475 at qüvvəsi və 700 Nm fırlanma anı təşkil edir.

Saytda yalnız ilk "yüzlüyə" sürətlənmə vaxtını göstərilib, maksimal sürət barədə isə məlumat verilməyib. XM krossoverinin top versiyası 290 km/saata qədər sürətlənməyə qadirdir.

Texniki məlumatlara görə, XM 50e versiyası 100 kilometrə 1,4 litr yanacaq sərf edir və sırf elektrik ötürməsi ilə 84 kilometrə qədər məsafə qət edir. Aktiv stabilizatorlara malik olan adaptiv asqı və M Sport differensialı standart təchizata daxildir.

BMW XM 50e krossoverinin satışa çıxma tarixi hələlik açıqlanmayıb. Qiymət də hələlik məlum deyil, lakin belə bir krossoverin digərlərindən daha ucuz başa gələcəyi aydındır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.