Brabus atelyesi Mercedes-AMG GT 63 S 4-Door Coupe modeli üçün hazırladığı tüninq proqramını təqdim edib. «Bərkgedən» dördqapılı kupe PowerXtra B40S-800 blokuna, karbondan kuzov dəstinə və paslanmayan poladdan buraxılış sisteminə sahib olub.

Brabus 800 GT 4 adını almış modeli hazır avtomobil kimi əldə etmək mümkündür. Mercedes-AMG GT 63 S 4-Door Coupe modelinin sahibləri isə təkmilləşdirmələri ayrıca dəst formasında sifariş edə bilərlər. Avtomobilin adından göründüyü kimi, yeni turbokompressorların quraşdırılması sayəsində 4,0-litrlik V8 mühərrikinin gücü 800 at qüvvəsinə və 1000 Nm-ə qədər artırılıb. Məlum məsələdir ki, avtomobilin dinamik xarakteristikaları tamamilə dəyişib. Brabus 800 GT 4 modeli 100 km/saat həddinə 2,9 saniyəyə sürətlənir.  Xatırladaq ki, standart model bu işə 3,2 saniyə sərf edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mühərrikin təkmilləşdirilməsi ilə yanaşı, Brabus paslanmayan poladdan hazırlanmış, titandan ucluqlara və karbondan ucluq örtmələrinə malik olan buraxılış sistemini, karbondan hazırlanmış kuzov dəstini, həmçinin 21 və ya 22 düymlük döymə diskləri təklif edir. Salon tərtibatında isə, dəlikli dəridən və alkantaradan istifadə edilir. Bununla yanaşı salonda pedalların alüminium örtmələrini və kandarların paslanmayan poladdan lövhələrini görmək olar.

Adi Mercedes-AMG GT 63 S 4-Door Coupe modeli 639 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki ilə təchiz edilir. yerindən 100 km/saat həddinə avtomobil 3,2 saniyəyə sürətlənir və 315 km/saat maksimal sürət həddinə malikdir.