Brembo şirkəti hazır məmulatların əyləc səmərələliyini qoruyaraq güzgü effektini əldə etməyə imkan verən mütərəqqi örtüklü yeni əyləc disklərini hazırlayıb.

Yeni əyləc disklərinə Greentive adı verilib. Dİsklərin xidmət müddətini uzatmaqla yanaşı, onları güzgü effekti ilə təmin etməyə imkan verən yüksəksürətli qaz-plazma tozlanması ( High-Speed-Oxy-Fuel) texnologiyasına əsaslanır. Yardıcıların fikrincə, yeni disklər aşınmaya daha az meylli olduğundan, daha az metal tozu hasil edəcədir ki, bu da, ətraf mühitə atılan tozların səviyyəsini azaldacaqdır.

Image alt Image alt

Unikal tərkiblə yanaşı, mühəndislər yeni disklərə, bir növ aşınma göstəricisi olan xüsusi firma loqotipini də həkk ediblər. Məmulatın dəyişdirmə vaxtı yaxınlaşdıqca markanın loqosu tədricən silinəcəkdir. Bundan əlavə, yeni güzgüşəkilli örtük disklərin korroziyaya qarşı davamlılığını artıracaqdır.

Greentive disklərir əsasən elektromobillər üçün nəzərdə tutulub. Mütəxəssislər bütöv, havalandırılan və ya dəlikli əyləc mexanizmləri üçün məmulatları buraxmağa hazır olduqlarını bildiriblər. Hal-hazırda güzgülü disklərin çatdırılma tarixi və dəyəri açıqlanmayıb.