Bugatti şirkəti və brendləşdirilmiş saatların istehsalçısı olan Avstriyanın VIITA Watches firması birgə hazırladıqları daha bir məhsulu - Bugatti Carbone Limited Edition ağıllı saatını təqdim ediblər. Bu, dünyanın məhdud tirajla (2500 ədəd) buraxılan ilk smart saat və bu seqmentdəki tam karbon korpusa malik olan ilk qadcetdir.

Bugatti Carbone Limited Edition saatı 540 milliamper-saatlıq batareyası sayəsində doldurulmadan 15 günə qədər işləyə bilər. Qiyməti 2590 avro olan ağıllı saat 100 metr dərinliyə dalmaq üçün uyğundur.

Bugatti ağıllı saatı sapfir şüşə ilə örtülmüş 390x390 piksel təsvir icazəsi olan AMOLED displeyə malikdir. Bundan əlavə, 6-oxlu akselerometr, giroskop, ikili optik pulsometr və vibromotor var.

Bluetooth 5.2 və üç peyk naviqasiya sisteminin (GPS, Galileo və QLONASS) dəstəklənməsi də mövcuddur. Cihaz minimum iOS 13 və ya Android 7.0 əməliyyat sistemi ilə işləyən smartfonlara uyğun gəlir.

Ağıllı saatın çəkisi cəmi 94 qramdır. Çatdırılma dəstinə ilə iki qayış (silikon və silikon/neylon) və USB-C yükləmə cihazı daxildir.

Saat ürək ritminin dəyişməsini, yuxunu, stress səviyyəsini izləyə, bioloji yaşı ölçə və məşqlər barədə tövsiyələr verə bilər. Qaçış və haykinqdən tutmuş qayaya dırmanma və skandinav yerişinə qədər 72 növ aktivlik dəstəklənir. Əlbəttə ki, ağıllı saatlara xas olan baza funksiyaları da var: addım və kalori sayğacı, habelə bildirişlərin göstərilməsi. Siferblatların sayı 29-a çatır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bugatti şirkəti ağıllı saata beş illik zəmanət verir və onun üçün mütəmadi olaraq yenilikləri buraxacağını vəd edir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.