Qeyd etmək gərəkdir ki, son 20 il ərzində Bugatti şirkəti cəmi iki modeli buraxıb. Bu modellər 2005-ci ildə debüt etmiş Veyron və 2016-cı ildə işıq üzü görən Chiron hiperkarlarıdır. Bununla belə, yeni hiperkarın hansı güc qurğusunu alacağı məlum deyil. Yeni Bugatti hiperkarının daxili yanma mühərrikini saxlayacağı, lakin hibrid olacağı məlumdur. Eyni zamanda, yeni hiperkarın tirajının 450 nüsxədən az ola biləcəyi deyilir.

Bugatti daha əvvəl dörd turbokompressorlu 8,0-litrlik W16 mühərrikinin yeni aqreqatla əvəzlənəcəyini açıqlamışdı. Bəzi ekspertlər yeniliyin 8,3-litrlik V16 mühərriki ilə hərəkətə gələcəyini düşünürlər. Digər ekspertlər isə, Lamborghini Revuelto superhibridindəki V12 mühərrikinə bənzər daha kiçik ölçülü mühərrikin quraşdırılacağını proqnozlaşdırırlar. Eyni zamanda, fransız şirkətinin rəhbərliyi gələcək hiperkarın hibrid güc qurğusu ilə təchiz olunacağını təsdiqləyib.

Bugatti-Rimac konserninin baş direktoru Mate Rimats yeni modelin əvvəllər görünməmiş funksionallığı, həmçinin “maksimal dərəcədə elektrikləşdirilmiş transmissiyanı” alacağını qeyd edib. Chiron hiperkarının Veyron modelinin ciddi şəkildə yenidən işlənmiş versiyası olsa da, yeni hiperkar tamamilə yeni şassi üzərində qurulacaq.

Fransız istehsalçısının dizaynerlərinin yeni hiperkarın dizaynı üzərində işləməyə 2021-ci ildə başladıqları məlumdur. Modelin tirajının 450 nüsxədən az olacağı gözlənilir –  Veyron modeli məhz belə sayda buraxılıb. Eyni zamanda, Bugatti şirkətinin rəhbəri gələcək hiperkarın prototipinin hələ keçən ilin noyabrında “qapalı qapılar arxasında” potensial müştərilərə nümayiş etdirildiyini bildirib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.