Escalade ofrouderi artıq Cadillac markasının flaqmanı deyil. Bayraqdar titulu daha da prestijli və statuslu sərnişin modelinə keçib. Cadillac Celestiq elektromobildir və qarşımızda artıq konsept deyil, seriya model statusunda dayanıb.

General Motors konserni uzun müddətdir ki, bu avtomobilin ətrafında eksklüzivlik aurası yaratmağa cəhd edir. Hər bir Celestiq modeli əl əməyindən və hər bir müştəriyə fərdi yanaşmadan istifadə edilməklə xüsusi sifarişlə hazırlanacaqdır. Bir sözlə, bu avtomobilin iki bənzər nüsxəsi olmayacaqdır.

Beləliklə, Cadillac Celestiq beş metrdən çox uzunluğu olan liftbəkdir (dəqiq qabarit ölçüləri hələlik dərc olunmayıb). Baqaj bölməsi salon ilə birləşdirilib və yük bölməsinə giriş yuxarı açılan arxa pəncərədəndir. Dizaynerlər 1930-cu illərin klassik Cadillac V-16 və öz zəmanəsinin prestijli avtomobili sayılan 1957-ci ilin Cadillac Eldorado Brougham modellərindən ilham aldıqlarını bildirirlər.

Ola bilsin ki, bəzi elementlər klassik avtomobillərdən götürülüb, lakin flaqmanın çöhrəsində, arxa işıqlandırmanın qeyri-adi forması da daxil olmaqla, seriya Cadillac Lyriq krossoverində tətbiq edilmiş eyni həllər diqqəti çəkir.

Avtomobildə qapı tutacaqlarını axtarmayın - onlar yoxdur. Bütün qapılar çərçivəsiz konstruksiyaya malikdirlər və elektrik ötürməsi ilə təchiz olunublar: damın üstündə gizli olan düyməyə toxunmaq kifayətdir. Arxa tərəfdə irəli çıxan spoyler quraşdırılıb və bütün xarici dekor elementləri metaldan hazırlanıb. Hətta ön tıxacdakı radiator barmaqlığının təqlidi rəsm və ya plastik deyil, əsl alüminium plankalardan ibarətdirlər.

Kuzovun güc çərçivəsi altı alüminium moduldan ibarətdir, onlar bütövlükdə tökülür və sonra bir-birinə bağlanırlar. Celestiq 23-düymlük təkər disklərinə və hərəkət edən mikrogüzgüləri olan matrisa fənərlərinə malikdir: hər bir fənərdə 1,3 milyon piksel var. Standart panoram dam dörd hissəyə bölünür (hər bir sərnişin üçün ayrıca lyuk nəzərdə tutulub) və onların tündləşmə dərəcəsini fərdi şəkildə 1% -dən 20% -ə qədər tənzimləmək olar.

Salonda fərdi tənzimlənmələri, qızdırılma və havalandırma funksiyası olan dörd ayrıca oturacaq var,  qapılarda isə, Mercedes-Benz modellərindəkinə bənəzəyən idarəetmə panelləri yerləşir. Hətta dirsəkaltılar da qızdırılır və bər bir oturacağın kürək hissəsi "isti şərf" ilə təchiz olunub - yəni, sərnişinlərin boyununa isti hava hava üfürülür.

Tərtibatçılar belə həllin hər bir oturacağın fərdi şəkildə qızdırılması və soyudulması ilə birlikdə, ənənəvi dörd zonalı klimat-kontrol ilə müqayisədə daha çox enerjiyə qənaət etməyə imkan verdiyini bildirirlər. Qeyd etmək gərəkdir ki, Cadillac Celestiq modelində belə bir klimat-kontrol mövcuddur.

Ön panelin eni boyunca uzanan 55-düymlük panel, əslində bir şüşə altında yerləşdirilmiş iki ekrandan ibarətdir. Yeri gəlmişkən, sağ ekranı yalnız sərnişinlər üçün görünən etmək olar ki, bu da, məsələn, filmi seyr edərkən sürücünün diqqətinin yayınmasının qarşısını alır.

Klimat-kontrol üçün mərkəzi konsolda ayrıca 11-düymlük ekran nəzərdə tutulub. Arxa sərnişinlərin ixtiyarına isə üç displeylər verilib: iki 12,6-düymlük fərdi displey və servis funksiyalarını idarə etmək üçün 8 düymlük mərkəzi displey.

Cadillac hələlik təkrar emal edilmiş tərtibat materialları çılğınlığına qoşulmayıb: Celestiq modelinin salonu rəngi sifariş zamanı seçilən əsl dəri ilə üzlənir. Fərdiləşdirməni asanlaşdırmaq üçün, interyer elementlərinin hazırlanması zamanı 3D çap texnologiyasından geniş istifadə olunur.

115 element bu şəkildə hazırlanır: məsələn, elektrik şüşəqaldıranların düymələri və ya qapı tutacaqları. Arxa fənərlər də 450-dən çox LED-dən ibarətdir, AKG audio sistemi 38 dinamikə malikdir.

Texniki hissəyə gəlincə, Cadillac Celestiq Ultium platformasının ən bahalı və təkmilləşdirilmiş versiyası üzərində inşa edilib. Elektromobil Magnetic Ride Control 4.0 adaptiv amortizatorları və aktiv sabitləşdiriciləri (onlar 48 voltluq elektrik şəbəkəsindən qidalanırlar) olan standart pnevmatik asqıya (arxada beşqollu) malikdir.

Standart avadanlığa tam idarəolunan şassi daxildir: arxa təkərlər 3,5 dərəcəyə qədər dönə bilirlər. Aşağı sürətlərdə onlar ön təkərlərin əksi istiqamətində dönərək avtomobilin manevr qabiliyyətini artırır, yüksək sürətlərdə isə, ön və arxa təkərlər eyni istiqamətdə dönərək döngələrdəki sabitliyi təmin edirlər.

Celestiq iki elektrik mühərrikilə təmin edilən tam ötürməyə malikdir. Güc qurğusunun ümumi hasilatı təxminən 600 at qüvvəsi və 870 Nm təşkil edir. Dartma batareyasının tutumu 111 kilovat/saatdır. Akkumulyator hüceyrələri batareyanın korpusunun qalınlığını azaltmaq üçün üfüqi şəkildə yerləşdirilir.

Üstəlik, təkər bazasının ölçüsü batareyanın uzunluğunu artırmağa da imkan verir. Dolu batareya ilə, eneri yükləmədən təxminən 300 mil (483 kilometr) məsafə qət etmək olar, lakin dəqiq göstərici daha sonra dərc olunacaqdır. Dəyişən cərəyanlı yükləmə cihazı 200 kilovata qədər gücü dəstəkləyir.

İri elektromobil yerdən 60 mil/saat (97 km/saat) həddinə 3,8 saniyəyə sürətlənir. Ancaq belə bir avtomobilin sahibləri üçün yaradılması hələ başa çatmamış yeni nəsil Ultra Cruise avtopilotu daha aktual olmalıdır.

Celestiq modelinin göyərtəsində lidar da daxil olmaqla bütün lazımi avadanlıqlar olacaqdır, lakin Super Cruise avtopilotunun aktivləşdirilməsi 2024-cü ildə həyata keçiriləcək proqram təminatının yeniləməsindən sonra baş tutmalıdır.

Cadillac Celestiq özü bazara 2023-cü ilin dekabrında çıxacaqdır. Üstəlik, bu, Detroyt yaxınlığındakı Uorrendəki GM elmi-texniki mərkəzinin müəssisələrində istehsal ediləcək ilk avtomobil olacaqdır.

Mərkəz 1956-cı ildən fəaliyyət göstərir, lakin bu günə qədər burada yalnız mühəndislik işləri görülüb və fərdi komponentlər istehsal olunub. Məlum məsələdir ki, Cadillac elektrokarının yığılması zamanı hazır komponentlərdən və başqa zavodlarda hazırlanmış hissələrdən istifadə olunaraq aparılacadır

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Cadillac Celestiq liftbəklərinin istehsalında əl əməyindən geniş istifadə olunacaqdır, odur ki, eyni vaxtda altıdan çox avtomobil yığıla bilməz. Qiymət də müvafiqdir: ən azı 300 min dollar. Bu parametr Celestiq modelini Rolls-Royce ilə eyni bazar seqmentinə gətirir: məsələn, ABŞ-da Ghost sedanının qiyməti 332 min dollardan başlayır.

Bentley Flying Spur hibridi üçün isə 208 min tələb olunur.  Mercedes-Benz EQS modeli isə yeni Cadillac modelinin yarı qiymətinə  - 149 min dollara başa gəlir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.