Polşada fəaliyyət göstərən Carlex Design tüninq studiyası Mercedes-AMG GT R PRO yarış avtomobilinin interyerini qotik üslubda tərtib edib. Tattoo Edition adlandırılmış kupenin interyerini tünd yaşıl rəngli dəri, boz alkantara və xaki rəngli zamşa üzləyiblər. Bundan başqa, oturacaqlarda və qapı kartlarında uçan kəllə şəklində olan qeyri-adi naxışları görmək olar.

Carlex Design tərəfindən hazırlanmış Mercedes-AMG GT R PRO modelinin salonu yalnız vizual olaraq zavod xüsusi versiyasına bənzəmir: stilistlər funksional “çömçə” oturacaqlarını, yarı çərçivəli təhlükəsizlik qəfəsini və yarış kupesinin digər atributlarını qoruyub saxlayıblar. Təhlükəsizlik kəmərləri də interyerə uyğun olaraq yaşıl rəngdədirlər.

GT R PRO Tattoo Edition modelinin salonu məşum sayılır: sükan və ön panelin alt hissəsi tünd alkantara ilə örtülmüş, interyerin yuxarı hissəsi, dirsəkaltı və oturacaqın yan tərəfləri yaşıl dəri ilə üzlənmişdirlər. İnteryerdəki əsas ştrix - oturacaqların antrasit yastıqlarındakı qanadları olan kəllə naxışlarıdır.

Tüner ekstremal kupenin dəqiq aerodinamikasına toxunmayıb: Carlex dizaynerləri kuzovu möhtəşəm tünd yaşıl mat rəngli boya ilə rəngləyiblər. Yüngül AMG təkər diskləri xüsusi olaraq hazırlanmış Carlex diskləri ilə əvəzləniblər.

Image alt Image alt Image alt Image alt Image alt

Texniki cəhətdən heç bir dəyişiklik edilməyib: Mercedes-AMG GT R PRO kupesi 585 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki və 7-pilləli preselektiv “robot” ilə təchiz edilir. Ötürmə - arxa oxadır. Dəbdəbəli interyer əlbəttə ki, kupenin çəkisinə bir neçə kilqoram əlavə edəcəkdir, lakin onun eksklüzivliyi də dəfələrlə artmışdır.

Unikal AMG GT R PRO Tattoo Edition kupesi konkret müştərinin xüsusi sifarişlə hazırlanmışdır. Carlex Design atelyesinin hazırladığı kupe yeganə nüsxədə mövcuddur. Kupenin qiyməti açıqlanmayıb, lakin Almaniyada “adi” GT R PRO modelinin satış qiyməti 212 min avrodan başlayır. Ekstremal “trek” kupesi 750 nüsxəlik tirajla istehsal ediləcəkdir.