Koenigsegg şirkəti Cenevrədə Agera RS hiperkarının xələfi olan Jesko hiperkarını təqdim edib. Yeni hiperkar Kristian fon Keniqseqqin atasının şərəfinə adlandırlıb. Hiperkar təkmilləşdirilmiş ikiturbokompressorlu V8 mühərriki və inqilabi LST transmissiyası ilə təchiz edilir.

Koenigsegg Jesko modelinin 5,0-litrlik V8 mühərriki yeni turbokompressorlara, başqa giriş sisteminə, təzyiqə daha dəqiq nəzarətə və poladdan «hamar» dirsəkli vala sahib olub. Çəkisi 12,5 kiloqram olan valın dirsəkləri 180 dərəcə altında yerləşir ki, bu da akseleratora daha həssas cavab və gur səs deməkdir. «Hamar» vallı mühərriklərə xas olan titrəmələrin azaldılması üçün aktiv dayaqlardan, yüngül sürgü qolundan və porşenlərdən istifadə edilir.

Bundan başqa, Jesko turbokompressorlara hava verilməsi firma sistemi ilə də təchiz edilir. Karbonplastik çəndən və təzyiqi qısa müddətə 20 bar artıran kiçik kompressordan ibarət olan sistem turbokompressorun kürəkciklərini öncədən fırladaraq akselerasiya hissiyatını artırır. 

Adi yanacaqla mühərrikin hasilatı 1280 at qüvvəsi, E85 bioetanolunda istifadə halında isə 1600 at qüvvəsi təşkil edir. Fırlanma anı 1500 Nm-dir. Hiperkarın bəyan edilmiş maksinal sürəti 483 km/saatdır. 

Daha bir yenilik Koenigsegg şirkətinin hazırladığı doqquz pilləli Light Speed Transmission (LST) «robotudur». Bu qutu sürətlənmə üçün optimal olan pilləni qoşmaq imkanına və ikiqat ötürmə mexanizminə malikdir. Sükanaltı dəstəyinə ilk toxunuş ötürməni yüksəldir və ya aşağı salır, ikinci isə, ani sürətlənmə üçün ən yaxşı variantı seçir. LST qutusu 90 kiloqram çəkiyə malikdir. Müqayisə üçün, ənənəvi DCT qutuları 140 kiloqramdır. Ötürmələrin keçirilməsi 20-30 millisaniyə tələb olunur. Lamborghini Aventador modelinin «robotu» bu işə 50 millisaniyə sərf edir.

Koenigsegg Jesko modelinin karbon monokoku Agera RS hiperkarında olduğundan 40 millimetr uzun  və 22 millimetr hündürdür. Kuzovun burulmaya qarşı sərtliyi 65000 Nm/dərəcədir. Asqının köndələn qolları gücləndirilmiş, onun podşipnikləri isə, yol avtomobiilərində istifadə edilən ən iriləridir. Öhlins amortizatorları Koenigsegg tərəfindən hazırlanmış kontrollerlər və elektronika ilə təchiz edilir. Hiperkarın sürətlənməsi zamanı aşağı «oturmasının» qarşısını alan Triplex sisteminin ufuqi amortizatorları indi ön asqıda da quraşdırılıbdır. Bundan başqa, Jesko arxa dönən təkərlərlə də təchiz edilir.

250 km/saat sürətində Jesko modelinin aerodinamik dayağı 800 kiloqram yerəbasma gücü hasil edir. Bu rəqəm 275 km/saat sürətində bir tona qədər artır. Bu, Koenigsegg One:1 modelində olduğundan 30%, Agera RS modelində olduğundan isə 40% çoxdur. Məsələn, dayaq-qanadlarda duran yan güzgü 20 kiloqram yerəbasma gücü hasil edir.

Koenigsegg Jesko modelinin təchizat sisteminə qapıları və kapotu açan, həmçinin klirensi, arxa aktiv antiqanadı və altlığın çəpərciklərini tənzimləyən Autoskin elektrohidravlik sistemi, smartfonların naqilsiz doldurulması, tənzimlənən pedal qovşağı, sükanda quraşdırılmış və xüsusi hazırlanmış proqram təminatı ilə çalışanvirtual cihazlar paneli daxildir.

Koenigsegg Jesko modeli 125 nüsxəlik tirajla buraxılacaqdır. Avtomobilin qiyməti təxminən üç milyon dollar olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt