“Əsas can sağlığı olsun!” ifadəsini tez-tez işlədirik və eşidirk. Bəs bunun üçün nə edirik? Həyat stresslərlə doludur, o isə fiziki və psixiloji sağlamığa ən böyük zərbə vurur, xəstəliklərə yol açır. Bunların qarşısını almaq üçün davamlı və effektiv fiziki aktivlik tələb olunur. Bu mövzu ətrafında professional Pilates məşqçisi Elvin Əsədzadə danışdıq.

Elvin Əsədzadə. Sertifikatlı Pilates məşqçisi. Türk Anadolu Universitetinin iqtisadiyyat fakültəsinin məzunu.

Elvin, idmana nə zamandan marağın yaranıb?

Uşaqlıq zamalarından idmanla maraqlanmışam. İlk seçdiyim idman növü futbol olub. Futbolla məşğul olmağa 10 yaşında peşəkar idman klubunda başladım və 5 il davam etdim. Sonra güləşə marağım yarandığı üçün bir müddət də məşqlərimi ona həsr etdim. 

Axtarışda olduğum üçün müxtəlif idman növləri ilə maraqlanırdım. Araşdırma zamanı gördüm ki, fitnes sektoruna maraq böyükdür, ona görə bu sahəyə üz tütmağa qərar verdim. Bir müddət dövlət strukturlarında çalışaraq, parapauliftingdə ölkə üzrə hakim səviyyəsinə çatdım.

Bəs Pilatesə nəcə gəldin? 

Fitneslə yanaşı pauliftinqlə məşğul olurdum və ölkə çempionatlarına qatılırdım. Məşq zamanı sağ çiynimdən aldığım zədənin müalicəsi ilə maraqlanmağa başladım və pilatesin müalicəvi xüsusiyyəti ilə qarşılaşdım, onu öyrənmək qərarına gəldim. Pilatesdə olan hərəkətləri tətbiq edərək, özümü sağaltmağa nail oldum. Bu məni çox maraqlandırdı, çünki GYM-də məşqlər zamanı, səhv hərəkətlərdən belə zədə almaq mümkündür. Pilates isə nəinki bunun qarşısını alır, həmçinin zədələri aradan qaldırır.

2019-cu ildə Pilates Life-da vakansiya olduğunu eşitdim və müraciət etdim. Müsahibədən sonra işə qəbul olundum. 1 il əzində Türkiyədən gələn müəllimlərlə dərslər keçib, imtahanları uğurla verəndən sonra sertifikatlar aldım və “Pilates Life”da pilates üzrə məşqçi olaraq çalışmağa başladım. 

Buna baxmayaraq, yoqa ilə də maraqlanıram, çünki pilates yoqadan da müəyyən hərəkətlər götürüb.

Azərbaycanda pilates kişilərin deyil, daha çox qadınların diqqətini çəkir. Amma bu səhv düşüncədir, çünki, məhz kişilər daha çox zədələr alır və onların pilatesə daha çox ehtiyacı var. 

Problemlərdən biri də oturaq həyat tərzi keçirən, bütün günü ofisdə, masa arxasında işləyənlərdir. Onu da qeyd edim ki, kişilərlə məşq edən yeganə pilates mərkəzi bizik. 

Yozef Pilates - “Pilates” reabilitasiya və sağlamlıq metodunun banisi

Pilates nədir?

Yozef Pilates 1883-cü ildə Almaniyada yoxsul ailədə anadan olub. Uşaqlıqdan zəif olduğu üçün astma, raxit və digər xəstəliklərdən əziyyət çəkirdi. 9 yaşında atasına məktəbdə sinif yoldaşları ilə problem yaşadığını bildirərkən belə bir cavab almışdı:“Hər kəs öz taleyinin sahibidir. Şikayətlənməyə davam edə yaxud bunu dəyişdirə bilərsən”. Bu sözlərdən sonra Yozef anatomiya, güləş, yoqa, gimnastika və döyüş sənətini öyrənməyə başlayır. 

Yozef Pilates öyrəndiklərindən ilhamlanaraq, bənzərsiz bir gimnastika metodunuhazırlayır. Yaratdığı metodika nəticəsində Jozef nəinki xəstəliklərdən canını qurtarır, həmçinin yaxşı bədən quruluşuna da nail olur. Hətta, incəsənət tələbələri ilə model kimi əməkdaşlıq etməyə başlayır. Bundan əlavə, boks, xizək, gimnastika və dalğıclıqla ciddi məşğul olur.

Yosef Pilatesin yaratdığı təlimlər insan bədəninə elastiklik gətirir, əzələrin gücünü artırır, sümüklərin bərkiməsinə yardım edir. Pilates məşqləri xüsusi çoxfunksiyalı trenajorlar vasitəsi ilə baş verir.

Pilatesin qadınlara xeyiri nədir? Niyə pilatesə daha çox onlar maraq göstərir?

Qadnıları ağırlıq olmayan, rahat, asan hərəkətlər cəlb edir. Pilatesi daha çox gimnastikaya bənzədirlər, çünki qadınlar elastikliyə daha çox diqqət yetirirlər. Məşqlərin sonunda əzələlərin dartılması həyata keçirilir. Hətta yan şpaqat açmaq da mümkündür. Piltateslə məşqlər əzələləri sıxlaşdırır, bədən quruluşunu yaxşılaşdırır. Necə deyərlər, sağlam bədəndə sağlam ruh olur.

 Yaş olaraq hər hansı bir məhduduiyyət varmı?

Yaşın heç bir fərqi yoxdur. Hətta yaş artıqca, pilateslə məşğul olmaq daha çoxməsləhətdir, çünki, GYM-də trenajorlarda məşq edərkən zədələnmə halları ola bilər. Pilatesdə isə bu problemlər yoxdur.

Öncə söylədiyim kimi, bir çox kişilər gün boyu oturaq həyat keçirir, ofisdə işlədiyinə görə hərəkətiz olurlar. Bu da əzələlərdə dayanıqlığa yol açır. 35 yaşdan sonra daha çox belə həyat tərzi yaranır. Beldə və boyun hissələrində ağrılar yaranır. Əsasən də 35 yaşdan sonra kişilərə pilateslə məşğul olmağı məsləhət görürəm, çünki testestoron və cinsi aktivlik aşağı düşür. Pilatesin metodikası cinsi həyatın yaxşılaşdırlımasına yönəlidir, bel ilə məşqlərə böyük yer verilir.

Kişilərin əksər hissəsi piltatesin qadınlar üçün olduğunu düşünür. Lakin bu səhv fikirdir. Deyərdim ki, pilates daha çox kişilərə xeyirlidir. 

Pilates kişilərə nə verir? 

Daha öncə göstərdiyim kimi, kişilərin əksəriyyəti elastik deyil, hətta uzun zaman piyada gəzməyi belə xoşlamırlar. Hərəkətsizlik, bədəndə dayanıqlıq, protruziya, sonra isə onurğada yırtığa (qrıja) səbəb ola bilər. Bunların qarşısını almaq üçün fiziki hərəkət lazımdır. Bu səbəbdə Pilates məşqləri daha asan və uyğundur.

Protruziya birdən yaranmır, uzun zaman ərzində inkşaf edir, günün birində ortaya çıxır və əməliyyatdan qaçınmaz olur. Amma artıq gec olduğu üçün onun müalicəsi çətinləşir və sağalmaq daha çox vaxt alır. Halbuki, həftədə 2 və 3 dəfə 1 saat ayırmaqla bunun qarşısını almaq olar. Fiziki cəhətdən güclü və sağlam olan kişilər daha məhsuldar beyin çalışmasına nail olurlar deyə, işində yaranan məsələləri qısa zamada həll etməyin yollarını rahatlıqla tapırlar. Pilates məşqləri zehni yaxşılaşdırır, qan dövranını sürətləndirir.

Kriştianu Ronalda yaxşı fiziki formada olmasının səbəblərindən biri də pilateslə məşğul olmasıdır, çünki bu məşqlər ona kordinasiya, balans və sürət verir. Bunu internetdə hər kəs axtarıb, oxuya bilər.

Pilatesin GYM məşqlərindən fərqi nədir?

Pilatesə fitnes məşqlərinin bir hissəsi daxildir. Bizim metodikada daha çox öz çəkisi ilə məşqlər olur. Hər ikisi ilə də məşğul olmaq da mümkündür. Əsas odur ki, fiziki hərəkətlər olsun ki, xəstəliklərdən uzaq olasan. 

Baxın, günümüzün ən böyük problemi Covid-19 koronovirusudur. Bu virus əsasən zəif immuniteti olan şəxslərdə ağır keçir, çünki immunitet sistemi mübarizə apara bilmir. Hətta peyvənd olunan zaman zəif dozalı virus belə fəsadlar yarada bilir. İmmunitetin möhkəmləndirilməsi üçün hər hansı idman növü ilə məşğul olmaq məsləhətdir. Ən azından gündəlik 10 min addım sürətli piyada gəzmək məsləhətdir. Bu minimal olaraq bədənə pozitiv təsir edəcək. 

Həftədə 2 yaxud 3 dəfə məşqlər yetərlidirmi?

Yeni başlayan şəxslər üçü həftədə 2 dəfə mələhət görürəm. Bir az alışandan sonra isə həftədə 3 dəfəyə keçmək yaxşıdır. 

Bəs qidanlanma ilə nə məsləhət verirsiniz?

Əlbəttə ki, sağlam qidalanma çox önəmlidir. Hər bir idman növündə sağlam olmaq nəzərdə tutulur. Bu isə, ilk növbədə, qidalanma ilə bağlıdır. Önəmli olan dieta deyil, doğru qidalanmadır. Doğru deyəndə bir oturuma çox yemək yaxşı hal deyil, gün ərzində 3 dəfə deyil, 5-6 dəfəyə az-az yemək lazımdır. Çox yağlı, qızartma yeməkləri minimum etmək məsləhətdir. Ən başlıcası isə şəkər istehlakıdır - onu da, un məmulatları kimi minimuma endirmək məsləhətdir.

Hamı üçün maraqlı olacaq sual. Pilates məşqləri cinsi həyatın keyfiyyətinə necə təsiri var? 

Əlbəttə ki, müsbət təsir göstərir. Məşqlər testesteronu artırır və libidoya müsbət təsir edir. Kişi üçün libidonun yaxşı olması özünə inamdır. Bu onun həyatının hər bir aspektinə təsir edir, hətta biznes və iş fəaliyyətində belə.  

Türkiyədə sağlam həyat haqqında bir jurnalın apardığı tədqiqatlarda 20-50 yaş arasında olan 34 qadın iştirak edib. Onlarda 12 həftəlik pilates məşqlərindən sonra cinsi aktivliyin sürətlə artmasını müşahidə ediblər. 

Bəs pilates insan psixikasına necə təsir edir?

Bütün aktivliklərdə olduğu kimi, pilates məşqləri qan dövranını və yaddaşı yaxşılaşdırır. Beyinin işi daha da yaxşı olur, iş qabiliyyəti artır, neqativ fikirlərikənarlaşdırır. Əhval-ruhiyyə yüksəlir, həyatın keyfiyyəti yaxşılaşır. 

Yozet Pilates xəstəliklərini müalicə edibsə, deməli reabilitisaya da daxil edirlir… 

Pilates fitnes və reabilitasiyanı özündə birləşdirdiyi üçün bədəndə nəiki elastiklikartır, həmçinin bir çox zədələri reabilitasiya olunur. Ona görə zədəsi olan şəxslərlə həkim məsləhətinə diqqət yetirirəm ki, problem yaranmasın. Zədələrin sağalması əzələlərin hərəkəti ilə də bağlıdır. Əzələ aktivliyi bir çox hallarda zədələrinsağalmasına yol açır.

Proqrama həkimlərin məsləhəti ilə müalicəvi idman da daxil edilə bilər.

Uşaqlar və yaşlı nəsil necə?

Uşaqlar üçün idealdır, çünki onların bədənin formalaşmasına böyük təsiri var. Yaşlı nəslə isə daha da gümrah olmaq şansı verir.

Planların nədir?

Ölkəmizdə sağlamlıq sahəsində inkşafın olmasını çox arzulayıram. Təəsüf ki, bu gün yalnız GYM zalları açılır, fitnes və yoqa zalları isə çox azdır. Bu sahəyə yeniliklər gətirməyi çox istərdim. 

Elvin Əsədazədə Instagram