Citroen şirkəti oktyabr ayında işinə başlayacaq Paris avtosalonunda C5 Aircross modelinin bazasında inşa edilmiş qoşulan hibridi nümayiş etdirəcəkdir. Hybrid Concept indeksinə sahib olan prototip ikirəngli ağ-mavi livreyaya malikdir.

Faktiki olaraq bu konsept istehsala hazır olan seriya avtomobilidir. Yeni hibrid 2019-cu ildə dilerlərin salonlarında satılacaqdır. Konseptin kapotunun altında 180 at qüvvəsi hasil edən 1,6-litrlik PureTech benzin turbomühərriki yerləşdirilib. Güc aqreqatı, 109 at qüvvəsinə və 337 Nm fırlanma anına malik olan elektromotor quraşdırılmış səkkiz pilləli avtomatik transmissiya ilə tandemdə çalışır.  Hibrid qurğunun ümumi gücü 225 at qüvvəsi təşkil edir.

Hibrid sistem, ön oturacaqların altında yerləşdirilmiş 13,2 kilovatt-saatlıq litium-ion batareyalarından qidalanır. Elektrik ötrüməsi ilə krossover 50 kilometr yürüş etmək iqtidarındadır. Batareyanı məişət şəbəkəsindən doldurulmasına 4-8 saat arasında vaxt tələb olunur. Lakin, istehsalçı avtomobili 32 amperlik xüsusi qurğu ilə təchiz edəcəkdir ki, bu qurğu sayəsində batareyaların doldurulmasına 2 saat vaxt sərf ediləcəkdir.

Image alt Image alt Image alt Image alt