Renault qrupu tərəfindən təşkil edilmiş eWays tədbirində Dacia markası, gələn il satışa çıxarılacaq Spring elektromobilinin seriya versiyasını təqdim edib. İlkin məlumatlara görə, 10.000 avrodan başlanayan qiymət ilə satıla və Avropanın ən sərfəli "yaşıl" avtomobillərindən birinə çevrilə bilər.

Dacia Spring modeli Çin bazarında satılan Renault City K-ZE elektrokarının bir qədər dəyişdirilmiş versiyasıdır. Öz növbəsində, sonuncu elektrokar Renault Kwid modelinin elektrik versiyası sayıla bilər. Spring çodelinin seriya versiyası demək olar ki, bu ilin mart ayında təqdim olunan eyni adlı konsepti təkrar edir. Seriya elektromobili konseptdən sadələşdirilmiş optikası və “radiator” barmaqlığında yerləşən elektrik yükləmə nöqtəsi ilə seçilir.

Ölçülər baxımından yeni elektrokar Avropada populyar olan Renault Zoe hetçbekindən daha yığcamdır: onun uzunluğu 3734 millimetr, eni - 1622 millimetr, hündürlüyü isə 1,516 millimetr təşkil edir. Modelin təkər bazasının genişliyi 2423 millimetr, klirensi isə 150 millimetrdir. Döşəmənin altında yerləşdirilmiş batareya ucbatından elektromobilin klirensi, benzin mühərrikli Kwid modeli ilə müqayisədə 30 millimetr azaldılıb. Baqaj bölməsinin həcmi 300 litrdir.

Image alt Image alt Image alt Image alt

Dacia Spring 45 at qüvvəsi və 125 Nm fırlanma anı hasil edən kiçik elektrik mühərriki ilə təchiz edilib. Mühərrik 26,8 kilovat-saatlıq litium-ion batareyasından qidalanır. Ekspress terminaldan istifadə edildikdə, batareyanın 80 faizini bir saatdan az müddətə doldurula bilər. 220 voltluq şəbəkədən batareyanın tam doldurmasına təxminən 14 saat tələb edilir. Yığcam krossover 225 kilometr (WLTP) məsafəyə qət edə bilər.

Mühərrikin gücünü 14 at qüvvəsi azaldaraq ywrw. məsafəsini 295 kilometrə qədər artıran enerjinin “Eco” qənaət rejimi də mövcuddur. Bu rejimdə maksimal sürət həddi də azalır – 125-dən 100 km/saata.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Dacia Spring modeli standart olaraq sükanın elektrik gücləndiricisi, mərkəzi kilid, elektriklə idarə olunan şüşələr, altı hava yastığı və ön paneldəki kiçik ekran ilə təchiz edilir. Əlavə ödəniş ilə, avtomobili yeddi düymlük sensorlu ekranı olan, Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən multimedia sistemi, kondisioner və arxadan görünüş kamerası ilə təchiz etmək olar.

Dacia Spring, 2021-ci ilin yazında Avropa yollarında peyda olacaqdır. Avtomobilin başlanğıc qiymətinin 10.000 avro olacağı gözlənilir. Müqayisə üçün, Almaniyada Renault Zoe modei 21.348, Nissan Leaf isə 29.234 avrodan satılır.