Dörd il bundan əvvəl debüt etmiş Defender L663 modeli yenilənib. Ofrouder zahiri cəhətdən demək olar ki, dəyişməz qalıb, lakin "dəbdəbəli səyahətlər üçün" yeni opsiyalara, optimallaşdırılmış əlavə avadanlıq paketlərinə və xüsusi Sedona Red versiyasına sahib olub. Mühərrik çeşidində də yenilik var: Defender öz tarixindəki ən güclü dizeli - yeni D350 mühərrikini alıb.

Təkmilləşdirilmiş D350 dizel mühərriki 345 at qüvvəsi hasil edir ki, bu da D300 mühərrikində olduğundan 49 at qüvvəsi çoxdur. Fırlanma anı da 50 Nm artaraq 700 Nm-ə çatıb. Hailatdan başqa, mühəndislər cavab sürətini də artırıblar. Flaqman V8 versiyası da daxil olmaqla, digər variantlar dəyişməz qalıblar.

Qalan yeniliklər rahatlıq səviyyəsinə aiddir: Defender X və V8 versiyalarında standart olan Signature İnteryer Pack paketi bir sıra təchizat səviyyələri üçün də əlçatandır. O, 14 istiqamətdə elektriklə tənizmlənən ön oturacaqları, isitmə, havalandırma və yaddaş funksiyalarını, həmçinin qanadlı başlıqlar dəstəyini əlavə edir. Paket daha xoş toxunuşlu tərtibat materialları və xırda əşyaların saxlanması üçün ciblərlə tamamlanır.

"Uzun" Defender 130 üçün, sərnişinlərin üçüncü sıraya keçməsini asanlaşdıran nazik dirsəkaltıları və aralarında kifayət qədər böyük məsafə olan ikinci sıranın fərdi kresloları olan Capitan’s Chair paketi əlçatandır.

Yeri gəlmişkən, yenidən işlənmiş paketlər arasında müxtəlif qızdırıcıları olan Cold Climate Pack paketi və çox soyuq iqlimlər üçün dəst, yedəkləmə dəsti, müxtəlif köməkçiləri dəsti və pnevmatik asqı da var. Convenience Pack paketi isə, tənzimlənən salon işıqlandırmasını, Meridian audio sistemini, soyuducu və rəvan şəkildə bağlanan beşinci qapını əlavə edəcək.

Digər yenilik isə, Arizona ştatının Sedona şəhərinin adını daşıyan 110 Sedona Edition xüsusi versiyasıdır. O, kuzovun yerli relyefdən ilhamlanan tünd-qırmızı Sedona Red rəngi, tünd dekoru, əlavə baqajı və 22 düymlük Gloss Black rəngli diskləri ilə seçilir. Kapotda Sedonanın topoqrafiyasını əks etdirən yapışdırma var. Belə variant yalnız bir il ərzində satılacaq.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bu arada, Land Rover ən güclü və ən sürətli Defender modelini təqdim etməyə hazırlaşır. Octa prefiksli ofrouder adaptiv 6D Dynamics pnevmatik asqısını və BMW şirkətinin 48-voltluq üstqurumu olan səkkizsilindrli biturbomühərrikini alacaq. Defender Octa bu ilin sonuna qədər debüt etməlidir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.