Bir müddət bundan əvvəl, Hyundai yeni Tucson modeinin dizaynını demək olar ki, tamamilə açıqlayıb. Bu gün isə, istehsalçı avtomobil haqqında ətraflı məlumat verib. Şirkət, eksperimental görünüşə və qabaqcıl texnologiyalara malik olan dördüncü nəsil Hyundai Tucson modelinin yığcam krossoverlər seqmenti üçün yeni standartlar təyin etdiyini bildirib.
Yeni platformada inşa edilən Hyundai Tucson modeli sələfindən 20 millimetr uzun, 15 millimetr enli və 5 millimetr hündür olub. Müvafiq olaraq, yeni krossoverin ölçüləri 4500x1865x1650 millimetrdir. Oxlar arasındakı məsafə 10 millimetr artaraq 2680 millimetrə çatıb.
Eyni zamanda, əvvəllər krossoverin iki təkər bazası seçiminə sahib olacağı bildirilmişdi: Avropa və Yaxın Şərq üçün standart , ABŞ, Çin və Koreya üçün uzadılmış. İkinci cərgədəki sərnişinlər ayaq zonasındakı məkan da 26 millimetr artaraq 996 millimetrə bərabər olub.
Üstəlik, bu artım həm sırf yanacaq, həm də hibrid versiyalarına aiddir. Şirkətdən bildirildiyinə görə, buna "batareyanın arxa oturacaqların altında düzgün şəkildə yerləşdirilməsi sayəsində" nail olunub.
Baqaj bölməsinin həcmi də artıbdır, lakin hər şey güc qurğusunun növüddən asılıdır. Artım 33 ilə 107 litr arasındadır. Cəmi beş variant mövcuddur: standart konfiqurasiyada bölmə 546, 577, 598, 616 və ya 620 litr, arxa oturacaqları qatladıqda isə, 1725, 1756, 1777, 1795 və ya 1799 litr tutur.
Yeni krossoverin mühərrik çeşidinə iki adi daxili yanma mühərriki və üç hibrid güc qurğusu (48 voltluq mülayim, standart və təkrar doldurula bilən) daxildir. Məsələn, 1,6-litrlik T-GDI Smartstream turbomühərriki və 44,2 kilovatlıq elektrik mühərriki ilə təchiz edilmiş Tucson Hybrid modeli 230 at qüvvəsinə və 350 Nm-ə malikdir. Hibrid krossover 1,49 kilovat-saatlıq batareya və 6-pilləli “avtomat” ilə təchiz olunur. Krossover ön və ya tam ötürməli ola bilər.
48 voltluq startyor-generator ilə təchiz edilmiş üç mülayim hibrid təklif ediləcəkdir 150 at qüvvəli 1.6-litrlik T-GDI benzin mühərriki + ön ötürməli; 180 at qüvvəli 1,6-litrlik T-GDI benzin mühərriki + ön və ya tam ötürmə; 136 at qüvvəli 1,6-litrlik CRDi turbodizeli + ön və ya tam ötürmə.
İlk ikisi modifikasiya "ağıllı" 6-pilləli iMT mexaniki ötürmələr qutusu və ya yeddi pilləli “robot”, sonuncuya isə yalnız “robot” ilə təchiz edilir. 1,6-litrlik mühərriklər ilə təchiz edilən adi versiyalar da var: benzin mühərrik 150 at qüvvəsi hasil edir və ön və ya tam ötürmə təklif olunur.
115 at qüvvəli dizel isə, yalnız ön ötürmə ilə tandemdə çalışır. Hər iki halda da adi 6-pilləli mexaniki ötürmələr qutusundan istifadə olunur. Bu variantlar cari ilin sonuna qədər Avropa bazarına çıxarlıan ilk modifikasiyalar olacaqdırlar. 2021-ci ildə onlara plagin-hibrid və "qaynar" Tucson N Line modeli qatılacaqdır. Sonuncu haqqında ayrıca məlumat veriləcəkdir.
Avtomatik transmissiya və tam ötürmə ilə təchiz edilmiş hibrid üçün yeni Kia Sorento modelində debüt edən Terrain Mode sistemi əlaçatan olacaqdır. Bu sistem krossoveri palçıqda, qarda və qumda idarə etmək üçün üç rejimə malik olacaqdır.
Krossover iki asqı variantı ilə təklif ediləcəkdir - standart (öndə MacPherson və arxada çoxqollu asqı) və yeni sükan sistemi ilə birlikdə Nurburqrinqdə tənzimlənmiş adaptiv amortizatorlarla.
Hyundai yeni Tucson modelini sinifindəki ən təhlükəsiz avtomobil olduğunu iddia edir. Məsələn, krossover sürücü və ön sərnişini bir-biri ilə toqquşmaqdan qoruyan mərkəzi təhlükəsizlik yastığı da daxil olmaqla, yeddi təhlükəsizlik yastığı ilə təchiz edilir - yeni Mercedes-Benz S-Class modelində olduğu kimi.
Təkrar zərbələrin qarşısını almaq üçün, qəzadan sonra təcili əyləcləmə sistemi də mövcuddur. Öndən toqquşmanın qarşısını alan sistemi artıq kəsişmələrdə də qəzalardan qoruya bilir və ağıllı kruiz-kontrol naviqasiya ilə birlikdə işləyir.
Bundan başqa, Tucson modelinin təchizatına avtomobili zolağın mərkəzində saxlama funksiyası, qarşıdakı avtomobilin hərəkətə başlaması barədə xəbərdar etmə sistemi, arxa sıradakı sərnişinlər olduğu xatırlatma funskiyası, digər nəqliyyat vasitələri yaxınlaşdıqda, təhlükəsizlik məqsədi ilə qapıların kilidlənməsi funksiyası da daxil edilib.
Yeni Tucson modelini "kor zonaların monitoru" ilə təchiz edirlər: dönmə işığı qoşulduqda kameradan alınan görüntü 10,25-düymlük cihazlar panelinin yan hissələrindən birində əks olunur. Nəhayət, hibrid krossoverin avadanlıq siyahısına məsafədən idarə olunun parkinq yardımçısı da daxildir.
Ayrıca, Yeni Tucson modeli havalandırma sisteminin işləməsi zamanı sərnişinlərin hava axınları ilə birbaşa təmasını azaldan Multi-Air Mode sistemi ilə təchiz edilən ilk Hyundai avtomobili olub. İqlimə nəzarət sistemi üçzonalıdır.
Multimedia sisteminin imkanları baxımından krossover fərdi tənzimləmələri olan müxtəlif onlayn-servislər və premium Krell səs sistemi ilə öyünə bilər. Alıcılara, ikirəngli sxem də daxil olmaqla, doqquz variantda kuzovun boyanması, üç variantda salon tərtibatı, 17, 18 və 19 düymlük təkər diskləri təklif ediləcəkdir.
Yeni Hyundai Tucson modelinin qiymətləri hələlik açıqlanmayıb. Adi mühərrikləri ilə təchiz edilmiş yeni Tucson krossoverinin Azərbaycandakı satışlarına gələn ilin fevral ayında, hibrid modifikasiyaların isə 2021-ci ilin ikinci rübündə başlanacaqdır.