Keçən həftə DTM çempionatında iştirak edən komandalar Jeres de la Frontera avtodromunda keçirilən üç günlük testlərə qatılıblar. Bu testlərdə hər üç marka iştirak edib: Audi və BMW komandas ilə yanaşı, ilk dəfə olaraq Aston Martin markasını təmsil edən R-Motorsport komandası öz avtomobili trekə çıxarıb.

Sosial şəbəkələrdə dərc edilmiş kadrlar turbomühərriklər ilə təchiz edilmiş yeni avtomobillərin möhtəşəm səsə və görünüşə malik olduqlarını nümayiş etdirib.  Xeresdə havanın qeyri-sabit olması komandaların işini bir qədər çətinləşdirsə də, sonunda pilotlar testlərdən razı qalıblar.

«Belə avtomobilin yaradılmasında iştirak etmək çox maraqlıdır, - Timo Qlokla ilə birlikdə testlərdə iştirak edən BMW pilotu Bruno Spenqler söyləyib. - Qış sınaqlarından sonra əldə edilmiş inkişafı görə bilərsiniz. Havanın qeyri-sabit olmasına baxmayaraq, nəzərdə tutulmuş test proqramımızın əksər hissəsini yerinə yetirə bildik». 

«Avtomobil mənim ümidlərimiz doğrultdu - mühərrikin gücü və fırlanma anını o dəqiqə hiss edirsən. Aerodinamikadakı yeniliklər pilotajda dəyişiklik etməyə məcbur edir. Artıq yeni şəraitə adaptasiya olmalı, sürüş üslubumuzu yenidən gözdən keçirməliyik», - Timo Qlok əlavə edib.

Audi komandasını sınaqlarda Niko Müller və Rene Rast təmsil ediblər. Audi komandasının DTM çempionatındakı rəhbəri Andreas Ross testlərdən razı qalıb. «Atmosfer tipli V8 mühərriklərindən dörd silindrli turbomühərriklərə keçid çox böyük dəyişiklikdir, - Ross bildirib. - Mühəndislərimiz daha çox parametrləri: gücü, fırlanma anını və idarələnməni təhlil etməlidirlər».

Rossun sözlərinə görə, dəyişən hava şəraiti dəqiq məlumatın əldə edilməsini çətinləşdirsə də, avtomobillərin bir dövrədə əvvəlkindən üç saniyə yeyin olacağı ehtimal olunur. «Azarkeşlər narahat olmaya bilərlər: avtomobillər möhtəşəm səsə malikdirlər və onlar əla şou təşkil göstərəcəkdirlər», - Ross fikrini tamamlayıb.

R-Motorsport komandasının rəhbəri Florian Kamelger üçün Vantage DTM modelinin trek debütü böyük qürur mənbəyi olub. 90 günlük yığma prosesindən sonra, avtomobilin trekə çıxması komanda rəhbərinə rahat nəfəs almağa imkan verib. Bu müddət ərzində, komanda avtomobilin hərəkət hissəsi və HWA komandasının köməkliyi ilə yaradılmış yeni turbomühərrik üzərində işləyib. İlk üç gün ərzində avtomobili Pol di Resta sınaqdan çıxarıb, sonra isə, avtomobili Ceyk Dennisə təhvil verib.

«İlk yarışdan öncə bizi böyük həcmli işlər gözləyir, - Ross etiraf edib. - Lakin, biz bilirik ki, avtomobilin əsasını anlamışıq. Polun ilk təəssüratları bizə böyük ümidlər verir». 

Qeyd edək ki, Aston Martin də pilot tərkibini tamamlayıb. Britaniya markasının şərəfini adlarını çəkdiyimiz Pol di Resta və Ceyk Dennislə yanaşı, Daniel Xunkandelya və Ferdinand Qabsburq qoruyacaq. 

DTM avtomobillərinin ilk rəsmi testləri aprelin ortalarında Lausitzrinqdə keçiriləcəkdir. Çempionatın yeni mövsümünün ilk yarışı isə, 4-5 may tarixində Hokkenhaymriqdə keçiriləcəkdir.