DTM çempionatının rəhbərliyi çəki ballastı qaydalarına dəyişiklik edib. Yeni qaydalar bu həftənin bazar günündən başlayaraq dərhal qüvvəyə minəcəkdir.

Bu ilin əvvəlindən çəki ballastı təsnifat mərhələsinin nəticələrinə görə hesablanırdı. Lakin, bir müddət sonra yarışın nəticələrinə əsaslanmağın daha düzgün olacağı aydın olmuşdur.

Hunqarorinqdən başlayaraq hər üç markanın altı sürücüsünün örtalama dövrə vaxtı hesablanırdı. Buna baxmayaraq, komandalar qaydalardakı boşluqdan istifadə edərək pilotlarına yavaşlamaq əmri verirdi.  Bunun nəticəsində isə, hər üç çempionatda liderlik edən Audi komandası Moskvadakı mərhələyə ən az çəki ilə gəlibdir. Yeni qaydalara əsasən, hər üç komandanın ən sürətli pilotunun ortalama dövrə zamanı hesaba alınacaqdır.

Eyni zamanda, ortalama göstərici təsadüfi sayda dövrələrdən  - 15-dən 30-a kimi, - götürüləcəkdir. İstisna - təhlükəsizlik avtomobilinin müşayəti ilə keçən dövrlərdir. Artıq nəticədən asılı olaraq qaydalara görə ballast 0.1 - 0,2 faiz artırılacaq və ya azaldılacaqdır.