Bu gün Zandvortda keçirilmiş ikinci sərbəst yürüşlər Audi RS5 DTM avtomobilində yarışan pilotların üstünlüyü ilə keçib.

30 dəqiqəlik sessiyanın sonunda ilk üç yeri Audi komandasının pilotları Ceymi Qrin, Loik Dyüval və Rene Rast zəbt ediblər. Ceymi Qrin Zandvortdakı dövrəni 1.28,065 zamanla qət edərək günü lider olaraq tamamlayıb. Loik Dyüval komanda yoldaşına cəmi 0,112 saniyə uduzub. Rene Rastın ardınca qüvvədə olan dünya çempionu Marko Vittmann (BMW) dördüncü nəticəni göstərib.

Vittmanı digər Audi pilotu və çempionatın lideri olan Mattias Ekstrem təqib edib. Mercedes pilotlarından ən uğurlu çıxış edən pilot Qəri Paffett olub - o, yürüşləri altıncı olaraq tamamlayıb. Yeddinci nəticəni Mayk Rokenfeller (Audi) qeydə alıb. İlk onluğu tamamlayan pilotlar Pol di Resta, Lukas Auer (hər ikisi Mercedes-Benz) və Timo Qlok (BMW) olublar.