Üç həftəlik fasilədən sonra DTM çempionatının növbəti mərhələsinə start verilib. Bu dəfə alman markalarını təmsil edən pilotlar Hollandiyanın Zandvort avtodromunda mübarizə aparacaqdırlar.

Bu gün keçirilən ilk sərbəst yürüşlərin ən sürətli pilotu BMW komandasının braziliyalı pilotu Auqusto Farfus olub. Sessiyanın son saniyələrində Farfus 1.29,506 zamana imza ataraq, son on dəqiqə ərzində yürüşlərə liderlik edən Lukas Aueri (Mercedes-Benz) birincilikdən edib. Auer liderə 0,243 saniyə uduzaraq ikinciliklə razılaşmalı olub.

Günün üçüncü nəticəsini BMW komandasının çempion pilotu Marko Vittmann hesabına yazdırıb. Vittmann liderdən 0,369 saniyə geridə qalıb. Audi pilotları arasında ən yaxşı nəticəni göstərən pilot çempionata liderlik edən Mattias Ekstrem olub. Qəri Paffet (Mercedes-Benz) -beşinci, Timo Qlok (BMW) - altıncı, Robert Uikkenz isə yeddinci nəticəni göstəriblər. 

İlk onluğu tamamlayan pilotlar Mayk Rokenfeller (Audi), Tom Blomkvist (BMW) və Loik Dyüval (Audi) olublar. Şənbə günü səhər pilotlar ikinci sərbəst yürüşlərdə iştirak edəcəkdirlər. Sonra isə, həftəsonunun birinci təsnifat mərhələsi və yarışı baş tutacaqdır.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt