Mütəxəssislər üç ildən yuxarı yaşı olan 10 ən etibarlı krossoverin adını açıqlayıblar. Siyahı Amerikanın nüfuzlu Consumer Reports agentliyi tərəfindən tərtib edilib. Agentliyin mütəxəssisləri 300 mindən çox avtomobil sahibi ilə müsahibə aparıb və onların üç il əvvəl aldıqları avtomobillərdən nə dərəcədə razı qalduqlarını araşdırıblar. İlk onluqdakı doqquz yeri Asiya istehsalçılarının orta ölçülü krossoverləri tutub, yalnız bir yer amerikan modelinə qismət olub.

Sorğunun nəticələrinə əsasən ən etibarlı orta ölçülü krossoverlər Ford Edge, Honda Passport, Hyundai Santa Fe, Honda Pilot və Acura MDX, Kia Telluride, Mazda CX-9 və Toyota Highlander modelləri olub. Yəni Asiya mənşəli olmayan yeganə model Ford Edge krossoveridir.

Mütəxəssislər üç illik krossover və ofrouderlərin yeni avtomobillərdə olan əksər xüsusiyyətlərə malik olduğunu qeyd ediblər. Onlar nəzərəçarpacaq dərəcədə ucuzdur, çünki belə avtomobillər ilk üç-dörd il ərzində daha yeyin ucuzlaşırlar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.