Yenidən fəaliyyətə başlamış və alman-çin iş birliyinin təzahürü olan Borgward markası Cenevrə avtomobil salonuna iki yeni prototiplə qatılmışdır. Bildiyimiz kimi, alman markası keçən ilin payızında keçirilmış Frankfurt avtosalonunda Bprgward BX7 krossoverini təqdim etmişdir. Almaniyada hazırlanan və Çində istehsal edilən avtomobil eyni zamanda TS indeksini almış «bəkgedən» versiyaya da malikdir. Bu günlərdə Cenevrədə nümayişinin şahidi olduğumuz avtomobillər isə BX7 modelindən bir pillə aşağıda qərarlaşan BX5 və BX6 TS modelləridir.

Borgward BX5 modeli eksteryerin dizaynı baxımından Mazda şirkətinin CX-5 krossoverini xatırladır və avtomobil 4483 millimetr uzunluğa, 1876 millimetr enə, 1677 millimetr hündürlüyə malikdir.

Söyləndiyi kimi, avtomobil tərkibinə benzin mühərriki, elektromotor və litium-ion batareyaları daxil olan 258 at qüvvəsi ümumi gücü olan məişət elektrik şəbəkəsindən qidalanan hibrid güc aqreqatı ilə hərəkətə gəlir.

Bundan əlavə, avtomobillər 2,0-litrlik 220 at qüvvəsi olan T-GDi mühərriki ilə təchiz ediləcəkdir. Transmissiyalar 6 pilləli «avtomat» və ya 7 diapazonlu «robot» olacaqdır. .

Bu şəkilə baxanda, BX6 TS modelinin indelsindəki X6 tandeminin nəyə işarə etdiyi məlum olur

Alman-çin ittifaqının ikinci layihəsi Borgward BX6 TS adlanır ki, bu model kupeyə bənzər kuzovlu krossoverlərin sırasına daha bir avtomobilin qatılacağından xəbər verir.

Texniki cəhətdən və dizayn üslubuna görə avtomobillər bənzərlik daşıyırlar. İki BX5 və BX6 TS arasındakı fərq yalnız kuzovun formasında və onların uzunluğundadır - kupe-krossoverin qabarit uzunluğu 4510 millimetrdir.

Hələlik avtomobillər haqqında əldə etdiyimiz məlumat bu qədərdir. Alman-çin şirkəti yeni modellərin nə zaman istehsal ediləcəyi haqqında məlumatı təqdim etməmişdir

Image alt Image alt Image alt Image alt Image alt Image alt