Chevrolet şirkəti Cenevrə avtosalonunda Camaro Track Concept kupesi ilə çıxış etmişdir. Konsept 30 milliketr azaldılmış klirensə malikdir. Adından da göründüyü kimi, avtomobil trekdə günün keçirməyə ustünlük verən sürət aşiqlərinə ünvanlanmışdır.

Kupe xüsusi tənzimləmələri olan Magnetic Ride adaptiv asma sistemi ilə təchiz edilmişdir. Bundan əlavə, prototip təkmilləşdirlmiş soyutma sistemini və elektronika ilə idarə edilən yüksək sürtünməli differensialı da əldə etmişdir. Konseptin kapotunun altında 453 at qüvvəsi və 617 Nm fırlanma anı təklif edən 6,2-litrlik V8 mühərriki yerləşdirlimişdir.

Mühərrik səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə birlikdə çalışır. Chevrolet Camaro Track Concept prototipinin avadanlıq siyahısına Brembo əyləc mexanizmləri, Goddyear Eagle F1 şinləri olan 20-düymlük təkər diskləri, üç hissəli arxa spoyler, yenilənmiş ön splitter, yan «ətəklər» və diffuzor, həmçinin Recaro firmasının oturacaqları və pedalların alüminium örtükləri daxildir.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt