Bu gün qapılarını ziyarətçilərin üzünə açmış Los-Anjeles avtosalonunda Jepp şirkəti yeni nəsil Wrangler modelini nümayiş etdirib.

Yeni “Renqlerin” mühərrik çeşidinə 385 at qüvvəsinə malik olan 3,6-litrlik altı silindrli Pentastart  və 286 at qüvvəsi hasil edən 2,0-litrlik benzin mühərriki də daxil edilibdir. Qeyd etmək lazımdır ki, sonuncu mühərriklə təchiz edilən ofroderlər “yumşaq” hibrid olacaqdırlar – onlar 48-voltluq elektrik şəbəkəsindən qidalanan startyor-generatorla təchiz edilibdirlər. Güc aqreqatları altı pilləli mexaniki və səkkiz pilləli avtomatik ötürmələr qutuları ilə birgə çalışırlar.

Bir müddət sonra, avtomobilin mühərrik çeşidinə 3,0-litrlik dizel aqreqatı da daxil ediləcəkdir.

Yeni nəsil “Renqler” modeli rama konstruksiyasını qoruyub-saxlayıb və alüminiumdan hazırlanan kuzova malik olubdur. Bunun nəticəsində yeni model sələfindən 200 kiloqram yüngül olub. Ofroder əvvəlki kimi, iki və dörd qapılı kuzovlarla, yumşaq və sərt tavanla, həmçinin çıxarılan panelləri olan damla təklif edilir. Modelin ikiqapılı variantı Sport, Sport S və Rubicon modifikasiyalarında buraxılır. Dördqapılı variant bunlara əlavə olaraq Sahara modifikasiyasına da sahibdir. “Renqler”  arxadan çəkişli və tam ötürməli transmissiyalar ilə təklif edilir.

Ofroderin təchiz edildiyi tam çəkiş sistemi dəyişibdir – artıq ön oxun birləşməsinə elektronika cavabdehdir.

Dərc edilən fotoşəkillərdən də göründüyü kimi, «Renqler» tamamilə yeni interyerə sahib olub. Eyni zamanda, ofroder sahiblərinə doğma olan bir sıra elementlər dəyişilməz qalmışdır. Buna misal olaraq, şüşəqaldıranların mərkəzi konsolda yerləşən düymələrini göstərmək olar. Avtomobilin təchizatına 5, 7 və 8,4 -düymlük sensorlu displeyi olan, Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən multimedia sistemini, Wi-Fi giriş nöqtəsi, iki USB-port və iki 12 voltluq rozetka daxildir. Rubicon modfikasiyasının təchizatına Dana 44 körpüləri, 33-düymlük yolsuzluq şinləri, gücləndirilmiş qanadlar və elektronika vasitəsi ilə söndürülə bilən köndələn dayanıqlılıq sistemi daxildir.

Yeni nəsil “Renqler” modelinin satışlarına gələn ilin yanvarında start veriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt