Yeni nəsil Chevrolet Silverado pikapının təqdimatından bir neçə saat keçmiş Ford şirkəti yeni Ranger pikapını nümayiş etdirib. Dörd silindrli turbomühərrik və 10-pilləli avtomatik ötürmələr qutusuna sahib olmuş pikap FX4 Offroad modifikasiyasında təklif edəcəkdir.

Yeni Ranger pikapı amerikan bazarının tələblərinə uyğun olan xarici və daxili dizayn tərtibatına malik olubdur. Rəqibləri ilə bənzər siluetə malik olan pikap, xüsusi dizaynlı radiator barmaqlığı, işıqdiodlarından hazırlanmış gündüz hərəkət işıqları və ön işıq texnikası sayəsində ümumi axında tanınan olacaqdır.

Yeni Ford Ranger modelinin ön dayaqlarının mailliyinin artması aerodinamik səs-küyün azaldılmasına xidmət edir. Bundan başqa, güclü qanad formaları avtomobilin etibarlılığından və möhkəmliyindən xəbər verməlidir. Arxa qapıdakı “Ranger” yazısı da yeni modelin tanınan elementlərindəndir.

Ford Ranger modelinin yeni nəsli bir yarımlıq kabuinası olan SuperCab və dördqapılı SuperCrew kuzovları ilə təklif ediləcəkdir. Pikapın inşa edildiyi rama yüksək sərtlikli poladdan hazırlanıbdır. Ranger modelinin ön və arxa bamperləri də möhkəmliyi təmin edən poladdan hazırlanıbdır.

Avtomobilin kapotu altında Ford Mustang kupesindən tanış olan 2,3-litrlik dörd silindrli turbomühərrik yerləşdirilib. EcoBoost ailəsindən olan aqreqat 310 at qüvvəsi və 433 Nm fırlanma anı hasil edir. Güc aqreqatı 10-pilləli avtoamtik ötürmələr qutusu ilə tandemdə çalışır.

Ranger standart olaraq arxadan çəkişli olacaqdır. Tam çəkiş sistemi pikap üçün opsiya olaraq təklif edilir.

Pikapın standart təchizatına Dana Trac-Lock differensialı daxildir. FX2 və FX4 modifikasiyaları üçün elektronika ilə idarə edilən differensial da əlçatan olacaqdır. Bundan başqa, pikap Normal, Grass, Gravel and Snow, Mud and Ruts, və Sand rejimlərinə malik olan Terrain Managment System və Hill Assist sistemləri ilə də təchiz ediləcəkdir.

Ford Ranger modelinin təchizatına 8-düymlük sensorlu displeyi olan Sync 3 multimedia sistemi, 4G LTE şəbəkəsinə daxil olmağa imkan verən Wi-Fi nöqtəsi, B&O Play səs sistemi, naviqasiya sistemi, işıqdiodlarından olan ön və arxa fənərlər daxildir. 

Pikap XL, XLT və Lariat təchizat səviyyəsində, həmçinin Chrome və Sport eksteryer tərtibatı dəstləri ilə təklif ediləcəkdir.

Bütün pikaplar standart olaraq piyadaları aşkarlayaraq mümkün qəzaları önləyən sistemlə təchiz olunacaqdırlar. XLT və Lariant variantları isə, zolaqda saxlama və  kor zonalara nəzarət funksiyası, adaptiv kruiz-kontrol həmçinin arxa park radarları ilə təchiz ediləcəkdirlər.

Yeni nəsil Ford Ranger pikapının seriya istehsalına bu ilin sonunda Ford şirkətinin Amerika Birləşmiş Ştatlarının Miçiqan ştatında yerləşən zavodunda başlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt