Amerikada pikapların populyarlığı barədə danışmağına dəyməz - hər kəsə məlumdur ki, amerikalılar belə növ kuzovu olan avtomobillərin xiridarıdırlar. Chevrolet şirkəti də amerikalılar üçün xüsusi sürpriz hazırlayaraq, Detroytda yeni nəsil Silverado pikapını təqdim edib.

Əsas rəqibləri Ford F-150 və Ram 1500 modelləri olan Chevrolet Silverado daha cazibədar cizgilərə malik olan yeni kuzova sahib olub. Pikapın ön tərəfində heç bir inqilabi dəyişik olmayıb - əksinə dizaynerlər daha çox təkamül yoluna üstünlük veriblər. Yeni Chevrolet Silverado səkkiz müxtəlif variantda təklif ediləcəkdir ki, bunlardan biri də Siverado LT Trailboss modifikasiyasıdır. Bu modifikasiya əsasən mürəkkəb yolsuzluq şəraitində istismar üçün nəzərdə tutulub. Z71 dəsti ilə təchiz edilən pikap iki düymlük liftinqə, qapanan arxa differensiala,  poladdan müdafiə altlığına, Rancho amortizatorlarına və Goodyear Duratec yolsuzluq şinləri ilə təchiz edilən 18 düymlük təkər disklərinə malikdir.

Digər maraqlı modifikasiya Silverado RST variantıdır ki, bu pikap daha çox asfalt yollarda güc və sürət nümayiş etdirmək üçün hazırlanmışdır. Bu modelin təchizatına 22-düymlük təkər diskləri və işıqdiodlarından fənərlər daxildir.  

Yeni Silverado sələfinə nisbətən 41 millimetr uzundur. Pikapın təkər bazası da 100 millimter genişlənmişdir. Üstəlik alüminium və yüngül materialların istifadəsi sayəsində pikap 204 kiloqram “arıqlayıb”. Məsələn, pikapın bütün qapılarının və kapotunun alüminiumdan hazırlanması 40 kiloqram çəkiyə qənaət etməyə imkan verib. Eyni zamanda, kuzovun burulmaya qarşı sərtliyinin 10 faiz artmasına baxmayaraq, avtomobilin yeni raması da 40 kiloqram yüngül olub. Əlavə qənaətə asqı elementləri sayəsində də nail olunub.

Chevroilet Silverado modelinin yeni nəsli mühıərrik və ötürmələr qutusunun altı müxtəlif kombinasiyası ilə təklif edilir.

Silverado 5,3 və 6,2-litrlik V8 benzin mühərrikləri, həmçinin 3,0-litrlik dizel aqreqatı ilə təchiz ediləcəkdir. Güc aqreqatları 10-pilləli avtomatik ötürmələr qutusu ilə təchiz ediləcəkdirlər. V8 mühərrikləri silindrlərin söndürülməsi sistemi texnologiyası ilə də təchiz ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt