Məşhur tüninq atelyesi olan Mansory şirkəti Cenevrəyə bir neçə maraqlı avtomobillərlə qatılmışdır. Bunlar Porsche Panamera, Maserati Levante, Ferrari 488 Spider və Rolls-Royce Dawn modellərinin bazasında hazırlanmış layihələrdir.

Porsche Panamera modelinin yeni nəslinin əsasında hazırlanmış avtomobil qırmızı xromla örtülmüş kuzova və unikal sarı haşiyələrə malikdir. Bundan başqa, liftbek karbondan hazırlanmış detallara və genişləndirilmiş təkər tağlarına sahib olmuşdir. Bu dəyişikliklər sayəsində avtomobilin kuzovunda bir neçə yeni hava girişləri peyda olmuşdur. Eyni zamanda Panamera kiçik klirensli asmaya və 22-düymlük eksklyuziv təkər disklərinə də sahib olmuşdur. Mansory nümayəndələri Porsche Panamera modelinin mühərrikinin əlavə 34 at qüvvəsini də əldə etdiyini bildirmişdirlər. Avtomobilin interyeri də Mansory standartlarına uyğun olaraq tərtib edilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt

Digər maraqlı bir layihə Maserati Levante krossoverinin əsasında hazırlanmış avtomobildir.  Narıncı rəngli kuzova sahib olmuş italyan krossoveri tərkibinə hava girişi olan kapot, splitter və quraşdırılmış işıqdiodları olan ön bamper, arxa qapıdakı spoyler və iri diffuzor olan aerodinamik kuzov dəstinə sahib olmuşdur. Məlum məsələdir ki, bütün bu elementlər karbondan hazırlanmışdır. Bundan başqa, avtomobil karbondan hazırlanmış radiator barmaqlığını, buraxılış sisteminin dördbucaqlı çıxışlarını, qara və ya gümüşü rəngli 22-düymlük təkər disklərini də əldə etmişdir. 

Levante modelinin 3,0-litrlik V6 biturbo mühərrikinin gücü 34 at qüvvəsi artırılaraq 453 at qüvvəsinə çatdırılmışdır. Avtomobilin salonu da narıncı-boz rəngdə tərtib edilmiş və karbondan olan elementlərlə bəzədilmişdir.   

Image alt Image alt Image alt Image alt Image alt Image alt