SsangYong şirkəti Cenevrədə gələcək yeddi yerlik seriya krossoverinin prototipi olan XAVL konseptual modelini nümayiş etdirmişdir. Yeni seriya avtomobili yığcam mühərrikləri, mexaniki və avtomatik ötürmələr qutusunu, tam və ya öndən çəkiş sistemlərini əldə edəcəkdir.

Yeni SsangYong XAVL konsepti qabaritlərinə görə Nissan X-Trail modeli ilə bənzərlik daşıyır. Onun qabarit uzunluğu 4630 millimetr, eni - 1866 millimetr, hündürlüyü isə 1640 millimetr təşkil edir. Prototipin təkər bazasının uzunluğu 2775 millimetrdir.

SsangYong dizaynerlərinin fikrincə konseptin zahiri görkəmi 1996-2006-cı illərdə buraxılmış Korando modelinin ikinci nəslini xatırlatmalıdır. Prototipin təchizatına smartfondan idarəetmə funksiyası olan multimedia kompleksi daxildir ki, qadjetlərin köməyi ilə sərnişinlər havalandırma sisteminin tənzimələrini dəyişə və naviqasiya sistemindən məlumat ala bilərlər.

Eyni zamanda, Link to Home IOT sistemi «ağıllı» evin idarəsinə qoşulmağa imkan verəcəkdir.

Bundan başqa, SsangYong şirkətindən prototipin ən müasir sürücüyə kömək sistemləri, həmçinin sürücü və sərnişinin arasında yerləşmiş qeyri-adi təhlükəsizlik yasığı ilə təchiz edildiyini vurğulamışdırlar. Avtomobilin mühərrik qammasına 1,6-litrlik dizel və 1,5-litrlik benzin mühərriklərinin daxil ediləcəyi məlumdur. Hər iki mühərrik «start-stop» sistemi, altı pilləli mexaniki və avtomatik ötürmələr qutusu ilə təchiz ediləcəkdir. Tam ötürməli çəkiş sistemini yalnız əlavə ödənişlə quraşdırmaq mümkün olacaqdır. Prototipin seriya variantının istehsalına 2020-ci ildə start verilməsi nəzərdə tutulmuşdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt