Ferrari şirkəti GTC4 Lusso modelinin V8 turbomühərriki ilə təchiz edilmiş yeni modifikasiyasını təqdim etmişdir. Ferrari GTC4 Lusso T adlanan superkar italyan markasının turbomühərriklə təchiz edilən ilk dördyerli avtomobili olacaqdır.

Ferrari GTC4 Lusso T modeli 3,9-litr iş həcmi olan səkkiz silindirli turbomühərriklə hərəkətə gələcəkdir ki, bu aqreqatın da 610 at qüvvəsi gücü və 760 Nm fırlanma anı vardır. Güc aqreqatı yeddi pilləli iki muftalı robotlaşdırılmış sürətlər qutusu ilə birgə çalışır. Yeni mühərrik 6,3-litrlik 680 at qüvvəsi gücü olan V12 mühərrikinə alternativ olacaqdır. V12 mühərriki ilə təchiz edilmiş tam çəkişli modifikasiyadan fərqli olaraq GTC4 Lusso T arxadan çəkişli olacaqdır. Ferrari GTC4 Lusso T modelinin çəkisi 1740 kiloqrama bərabərdir ki, bu da standart superkarda olduğundan 50 kiloqram azdır. 

Avtomobilin oxlar üzrə çəki bölgücü 46:54 nisbətindədir. Xatırladaq ki, atmosfer müərrikli superkarda bu nisbət 47:53 kimidir. Qeyri-rəsmi məlumatlara görə, Ferrari GTC4 Lusso T modeli 100 km/saat sürətini 3,5 saniyəyə toplayır. Onun maksimal sürəti isə 320 km/saata bərabərdir. Müqayisə üçün, V12 mühərrikli Ferrari GTC4 Lusso modeli bu işə 3,4 saniyə sərf edir, onun maksimal sürəti isə 335 km/saatdır.

Yeni modifikasiya təkmilləşdirilmiş yan sürüşmələrə nəzarət edən Side Slip Control 3 sistemini əldə etmişdir. Sürüşmə zamanı, elektronika onun parametrlərini maksimum icazə verilən kəmiyyətlərlə müqayisə edir və lazım gəldikdə trekşn-kontrol və aktiv arxa differensialın köməyi ilə sürücüyə sürüşməyə nəzarət etməyə yardım edir. Ferrari GTC4 Lusso T modelinin rəsmi təqdimat mərasimi bu günlərdə işinə başlayacaq Paris avtosalonunda keçiriləcəkdir.

Image alt Image alt Image alt Image alt