Bu gün işinə başlamış beynəlxalq Paris avtomobil sərgisində Honda şirkəti Civic modelinin “bərkgedən” variantı olan Type-R hetçbekinin prototipini nümyaiş etdirəcək. Bu o deməkdir ki, Honda Civic Type-R modeli ABŞ bazarı ilə birlikdə Avropada da satılacaqdır. Beləliklə, “qaynar” hetçbekin Avropa qitəsindəki həvəskarları artıq rahat nəfəs ala bilərlər.

Təəssüflər olsun ki, yapon istehsalçısı “qaynar” hetçbek barədə ətraflı məlumat verməkdən imtina etmişdirlər.  Şəkillərdə də təsvir edildiyi kimi, yeni Type-R karbondan hazırlanmış aqressiv aerodinamik kuzov dəsti, Type-R modelinə məxsus olan qırmızı rəngli emblemlər, iri arxa antiqanad və 20-düymülük xüsusi təkər diskləri ilə təchiz ediləcəkdir. Yapon istehsalçı bu disklərin 245 millimetr eni olan şinlərlə təchiz edildiyini xüsusi olaraq vurğulamışdır. Bununla belə, “bərkgedən” Civic modelinin kapotunun altındakı mühərrik haqqında heç bir məlumat yoxdur. Çox güman ki, “qaynar” hetçbek 300 at qüvvəsi gücü olan 2,0-litrlik “turbodördlüklə” hərəkətə gələcəkdir.

Honda Civic Type-R modelinin istehsalı yapon şirkətinin Böyük Britaniyanın Suindon şəhərindəki zavodunda yerləşdiriləcəkdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt