Seat şirkəti tarixində ilk krossoveri olan Ateca modelinin yolsuzluq şəraitində istifadə üçün nəzərdə tutulmuş prototipini təqdim etmişdir. Seat Ateca X-Perience adını almış konseptin kütləvi nümayişi qarşıdan gələn Paris avtosalonunda keçirilməlidir.

Prototip, adı krossoverdən yeni bamperlər, kuzovun müdafiə qurşağı, 18-düymlük xüsusi təkər diskləri, yüksək profilli şinlər və kuzovun xüsusi rəngi ilə seçilir. Krossoverin interyerində narıcı tikişləri, zamşa ilə örtülmüş oturacaqları, kandarların alüminium lövhəciklərini, rezindən ayaqaltıları, həmçinin XP və X-Perience loqotiplərini müşahidə etmək olar. Seat Ateca X-Perience 190 at qüvvəsi gücü və 400 Nm fırlanma anı olan 2,0-litrlik dizel mühərriki və yeddi pilləli ikimuftalı robotlaşdırılmış sürətlər qutusu ilə təchiz edilmişdir.  Konseptin avadanlıq siyahısına zolaqlara nəzarət, adaptiv kruiz-kontrol, 8-düymlük sensorlu ekranı olan və Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən Seat Full Link multimedia sistemi daxildir. Konseptin seriya modelinə çevriləcəyi barədə istehsalçı tərəfindən heç bir məlumat verilməmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt