Bu gün qapılarını media nümayəndələrinin üzünə açacaq Paris avtosalonunda Land Rover şirkəti Discovery modelinin növbəti nəslini təqdim edəcəkdir. Artıq britaniyalı istehsalçının mətbuat xidməti yeni ofroderin fotoşəkillərini də dərc etmişdir.

Bildiyimiz kimi, Land Rover Discovery modelinin beşinci nəslinin yeni kuzovu tamamilə yeni platformaya oturdulmuşdur. Ofroderin görkəmi də tamamilə yenilənmişdir - artıq LR4 modelinə xas olan kvadrat formalardan əsar-əlamət qalmamışdır.  Eksteryerin ən yadda qalan elementləri yeni radiator barmaqlığı və incə formalı işıqdiodlarından hazırlanmış incə formalı ön fənərlərdir.

Bu iiki element avtomobilə daha aqressiv görüntü verir. Avtomobil maraqlı yan tərəfin dizaynını və 12 müxtəlif təkər diski də əldə etmişdir. 

Yeni Discovery yeddi sərnişinin rahat səyahəti üçün geniş məkan təklif edəcəkdir. İnteryerdə tətbiq edilmi. Seat Fold texnologiyası əsasında hər üç cərgənin oturacaqlarının yerləşməsini ön paneldəki sensorlu ekran və ya smartfon vasitəsi ilə idarə etmək mümkün olacaqdır. Üçüncü cərgənin oturacaqlarını isə baqajdakı düyməyə basmaqla 12 saniyəyə qatlamaq mümkündür. Bunun üçün oturacaqlarda kiçik ölçülü elektromotorlar quraşdırılmışdır.

Beçinci nəsil Discovery modelinin mühərrik qammasına iki yeni güc aqreqatı daxil edilmişdir. Bunlardan birincisi 254 at qüvvəli 3,0-litrlik altı silindirli turbodizeı, ikincisi isə 340 at qüvvəli 3,0-litrlik benzin V6 mühərrikidir. Sonuncu ofroderə 100 km/saat sürətini 6,9 saniyəyə toplamağa imkan verir. Bundan başqa, yeni ofroder çətin yolsuzluq şəraitində maneələri dəf etmək üçün təkmilləşdirilmiş asqı sistemi, yeni elektrik sükan gücləndiricisi və All Terrain Progress Control (ATPC) sistemi ilə təchiz edilmişdir.

Yeni avtomobilin təchizatına adaptiv ön fənərlər, zolarlara və yol nişanlarına nəzarət sistemi, adaptiv kruiz-kontrol, sürücünün vəziyyətini araşdıran sistem və bir sıra aktiv və passiv təhlükəsizlik sistemləri daxil edilmişdir.  Yeni Discovery modelinin quruluşunda alüminiumdan geniş istifadə edilmişdir  Yeni model sələfinə nisbətən daha yüngüldür. Onun çəkisi 2622 kiloqrama bərabərdir.  

Bir müddət sonra, üsusi sifarişlərlə məşğul olan SVO (Special Vehicles Operations) bölümü yeni Land Rover Discovery modelinin ağır yolsuzluq şəraitində hərəkət üçün nəzərdə tutulmuş SVX indeksini alacaq “ekstremal” variantını hazırlayacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt