Bir neçə gün bundan öncə Volkswagen şirkətinin Paris avtosalonunda yeni elektomobilin prototipini nümayiş etdirəcəyini bildirmişdirk. Bu günlərdə alman istehsalçısı həmin konseptin dizaynı barədə tam və dolğun məlumat verən dizayner sketçlərini dərc etmişdir.

Təsvirlərdən də gpründüyü kimi, beş qapılı hetçbek olan elektromobil qısa ön və arxa çıxışlara malik olacaqdır. Öz qabaritlərinə görə bu avtomobil Golf modelinə bənzəsə də, alman mütəxəssisləri onun salonun genişliyinin Passat modeli ilə eyni olacağını iddi edirlər.  Avtomobilin seriya variantının istehsalına 2019-cu ildə başlanacağı ehtimal olunur. Tam dolu batareyalarla elektrokar gün ərzində 400 – 480 kilometr arasında məsafə qət edə biləcəkdir. 

Alman istehsalçısının başçısı Mattias Müllerin sözlərinə görə, avtomobil batareyaların ehtiyatını 15 dəqiqəyə bərpa edən mütərəqqi qidalanma sistemi təchiz ediləcəkdir. Bu modelin ardınca bayraqdar model olan Phaeton modelinin növbəti nəsli və elektrik krossoveri buraxılacaqdır. Phaeton modelinin də elektrik güc aqreqatı ilə təchiz edilən modifikasiyasının olacağı da bildirilmişdir.  

2025-ci ilə kimi Volkswagen şirkətinin model cərgəsində 30 elektokarın olacağı bildirilmişdir. Alman konserninin satışlarının 25 faizini elektrokarlar təşkil etməlidir. Bu məqsədlə alman istehsalçısının akkumulyatorlar buraxılacaq  zavoda 10 milyard avro sərmayə qoyacağı söylənilmişdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt