Ferrari 250 GTO modeli növbəti hərrac rekorduna imza atıb. Şassi nömrəsi "3765 LM" olan berlinetta demək olar ki, 52 milyon dollara satılıb. Bu, Scuderia Ferrari yarış komandasına məxsus olan, əvvəlcədən 4,0-litrlik mühərrik ilə təchiz edilmiş modelin 1962-ci ildə buraxılmış yeganə nüsxəsidir. Avtomobil uzun müddət bir nəfərə məxsus olub və Amelia Island Concours d'Elegance müsabiqəsində Best of Show mükafatını qazanıb.

Sotheby's hərrac evi 1962-ci ilin istehsalı olan unikal Ferrari 330 LM / 250 GTO üçün alıcı tapmağa müvəffəq olub. Naməlum kolleksiyaçı avtomobilə görə, açıq hərraclar üçün rekord sayılan məbləği ödəyib - 51 milyon 705 min dollar. İş ondadır ki, Scaglietti kuzovlu berlinetta, Scuderia Ferrari komandası üçün nəzərdə tutulmuş yeganə GTO Tipo 1962-dir. Avtomobil “Nürburqrinqin 1000 kilometri”, “Le Manın 24 saatı” və Siciliyada keçirilmiş təpəyə dırmanma yarışında iştirak edib. Son 38 ildə o bir şəxsin mülkiyyətində olub.

Image alt Image alt Image alt Image alt

Ferrari 330 LM / 250 GTO (həmçinin 330 GTO adlanır) kupesinin əsas xüsusiyyəti 400 Superamerica modelindən götürülmüş, 400 at qüvvəsi və 326 Nm fırlanma anı hasil etmək üçün tənzimlənmiş 4,0-litrlik V12 Colombo mühərrikidir. Bununla belə, 1963-cü ildə bu nüsxədə 250 P modelindən götürülmüş 310 at qüvvəli 3,0-litrlik V12  quraşdırılıb, dörd pilləli mexaniki ötürmələr qutusu isə beş pilləli transmissiya  ilə əvəzlənib. Bütün spesifikasiyalar, o cümlədən başlanğıc spesifikasiya, alıcının avtomobillə birlikdə aldığı üç orijinal yığım cədvəlində göstərilib.

Bundan əvvəlki hərrac rekordu da Ferrari 250 GTO modelinə məxsus olub - 48 milyon 405 min dollar. Lakin onların hər hər ikisi də,  2022-ci ildə klassik avtomobil bazarında inflyasiya drayveri olan Mercedes-Benz 300 SLR Uhlenhaut Coupé modelinə çata bilməzlər. Alman markasının muzey kolleksiyasından olan kupe Sotheby's vasitəsilə özəl şəkildə 143 milyon dollara satılıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.