Ferrari şirkəti Special Projects bölməsinin hazırladığı ekstremal P80/C superkarını təqdim edib. Yeganə nüsxədə inşa edilmiş superkarın yaradılması zamanı dizaynerlər, zəmanəsinın radikal avtomobillərindən sayılan 330 P3/P4 və Dino 206 S modellərindən ilham alıblar.

Ferrari P80/C modeli üzərindəki çalışmalara 2015-ci ildə başlanıb. Şirkətdən verilən məlumata görə, xüsusi layihələr bölməsinin əməkdaşları nəinki avtomobilin dizaynın, həmçinin onun mühəndislik hissəsinin hazırlanmasına xeyli vaxt sərf ediblər. Superkarın aerodinamik və güc xarakteristikalarına təsir göstərən hər bir element ciddi şəkildə təhlil edilib ki, bu da həmin elementlərin maskimal effektivliyindən əmin olmağa imkan verib.

Yeni superkarın əsasını Ferrari 488 GT3 yarış avtomobili təşkil edib. Məlumdur ki, yarış avtomobili 650 at qüvvəsi hasil edən 3,9-litrlik V8 mühərriki ilə təchiz olunur.  Əsasın seçilmə səbəbi isə, müştərinin tələblərinə cavab verən məhsuldarlığın və dizaynerlərə daha geniş imkanlar yaradan uzun təkər bazasının olmasıdır. Dizaynerlər avtomobilin zahiri görkəmində Dino 206 S və 250 LM modellərinin elementlərdən istifadə etməyə müvəffəq olublar. Bundan başqa, superkarın alın şüşəsinin forması Ferrari markasının əfsanəvi sportprototiplərini, fənərləri isə 330 P3/P4 modelinin bamperindəki hava girişlərini xatırlatmalıdır.

Ferrari P80/C modelinin kuzovu tamamilə karbondan hazırlanıb. Kompozitin texniki təyinat daşıdığı hissələr ümumiyyətlə rənglənməyib. Arxada iri antiqanad və diffuzor quraşdırılıb, istinin mühərrikdən uzaqlaşdırılması üçün isə, arxada kuzov panelləri, demək olar ki, yoxdur. Belə arxitektura superkarın trek təyinatından xəbər verir.

Yeganə nüsxədə buraxılan Ferrari P80/C modeli itslyan markasının çoxdankı müştərilərinin birinin sifarişi ilə hazırlanıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt