Beynəlxalq Avtomobil Federasiyası (FIA) növbəti mövsümdə Romada yeni avtoidman yarışını həyata keçirməyi planlaşdırır. Qərar FIA-nın təşkil etdiyi iclasda qəbul olunub.

Federasiya nümayəndələri tərəfindən jurnalistlərə verilən rəsmi məlumata əsasən, söhbət yeni avtoidman tədbirindən gedir. FIA rəsmiləri bildiriblər ki, beynəlxalq əhəmiyyət kəsb edən yarış GT, Formula 4, Virtual yarışlar (Digital Motosport), Drift, Turinq və Kartinq də daxil olmaqla ümümillikdə 6 kateqoriya üzrə hər il təşkil olunacaq. Bununla da hər kateqoriya üzrə iştirakçılar  qızıl, gümüş və bürünc olmaqla - üç dəst medal uğrunda mübarizə aparacaqlar.

İlk yarışlar cari il 31 oktyabrdan 3 noyabra qədər İtaliyanın paytaxtı Roma şəhərində keçiriləcək.