Fiat şirkəti San-Pauluda keçrilən avtosalonda Fastback adlı konseptual krossoveri nümayiş etdirib. Son tendensiyalara uyğun olaraq, krossover kupeşəkilli kuzova malikdir. Məlumdur ki, Fastback adı ilə damın arxa dayağı ilə baqaj arasında bucağın olmadığı sedanlara deyirlər. Buna misal olaraq Ford Mustang Fastback modelini misal gətirmək olar. Əslində, Fiat Fastback Concept liftbek kuzovuna malikdir.
Fiat Fastback Concept modelinin dizaynı üzərində FCA Latam dizayn-studiyası işləyib. Bu studiyaya Fiat Mobi, Argo, Cronos və Toro pikapının dizaynı üzərində işləmiş Peter Fassbender rəhbərlik edir. Konseptin əsasını Small US Wide 4x4 platforması təşkil edir. Bu platformada Fiat Toro, Jeep Renegade və Compass modelləri inşa edilib. Konseptin seriya variantı FCA konserninin Braziliyadakı zavodunda yerləşdiriləcəkdir. Avtomobilin satışları 2020-ci ildə başlanmalıdır.