Formula 1 üzrə ikiqat dünya çempionu Fernando Alonso ilk dəfə olaraq Dünya dözümlülük çempionatının (WEC) sportprototipini sınaqdan keçirilb.

İspan kilot Toyota Gazoo zavod komandasının 8 nömrəli Toyota TS050 Hybrid sportprototipini idarə edib.

Bu prototipdə, 2017-ci ilin mövsümündə vitse-şempion olan  Sebastyen Buemi, Kazuki Nakacima və Əntoni Dəvidson çıxış ediblər. Alonso WEC çempionatının final mərhələsindən sonra Bəhreyndə keçirilən testlərə qatılıb. İspan pilot trekdə 113 dövrə vuraraq, ümumi uzunluğu 611 kilometr olan məsafəni qət edib. İspan pilotun ən yaxşı nəticəsi 1 dəqiqə 43,013 saniyə olub. Müqayisə üçün, “Bəhreynin 6 saatı” marafonunun poul-mövqeyinin sahibinin göstərdiyi nəticə 1 dəqiqə 39,383 saniyə təşkil edib.

“Əla gündür! – F1Fanatic saytı Alonsonun sözlərini dərc edib. – LMP1 avtomobilini idarə etmək istənilən pilot üçün maraqlı təcrübədir. Bu avtomobillər həqiqətən heyrətamizdir və dövrə ərzində yüksək sabitlik nümayiş etdirirlər. Çoxdan belə avtomobili sınamaq istəyirdim və artıq bunu həyata keçirmişəm. Çox razıyam”. 

Image alt Image alt Image alt Image alt Image alt