Formula 1 çempionatının idman direktoru Ross Braun «Böyük Mükafat» yarışlarına daha üç istehsalçını cəlb etmək arzusundadır. Xatırladaq ki, 30 illik fasilədən sonra Alfa Romeo markası F1 çempionatına qayıtdığını elan edib.

«Formula 1 çempionatında görmək istədiyim bir neçə istehsalçı vardır, - Sport Bild nəşrinə müsahibə verən Braun bildirib. - Porsche onlardan biridir. Lakin, mən həmçinin Aston Martin və Lamborghini markalarını da Formula 1seriyasına cəlb etmək istərdim.

Mövcud olan texniki reqlament ucbatından hər hansı bir istehsalçıların bizim seriyaya maraq göstərməsi mümkün deyildir. Bu səbəbdən də mühərrikləri daha ucuz və sadə etmək istəyirik. İstehsalçıları çempionata cəlb edəcək əlverişli mühiti yaratmaq çox vacibdir».