Söhbət əlbəttə ki, Meksika bazarından gedir. 2,4-litrlik turbomühərrikə, tam ötürə sistemi və mexaniki transmissiyaya malik olan Subaru WRX Sportwagon universalına sifarişlər artıq qəbul olunur, satışlara isə, bu ilin sonunda start veriləcək. Üstəlik, altı pilləli mexaniki transmissiya avtomobil üçün standartdır. Belə versiya ən ucuz olandır və meksikalılara 819,900 pesoya (təxminən 82 500 manat) başa gələcək.

Meksikada satılan Subaru WRX Sportwagon modeli Avstraliyadakı WRX Sportswagon, Yeni Zelandiyadakı WRX-GTB və Yaponiyadakı Levorg STI Sport R modellərinin yaxın qohumudur.

Universal 275 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən 2,4-litrlik turbomühərriklə təchiz edilir. Ötürmə - bütün təkərləridir. Üstəlik, bütün bunları yalnız variator ilə deyil, mexaniki transmissiya ilə birləşdirmək olar.

Sport Lineartronic variatoru ilə təchiz edilmiş versiya mexaniki transmissiyalı versiyadan 80.000 peso (təxminən 8.000 manat) bahadır və 899.900 pesoya (90.500 manat) başa gəlir, ən bahalı WRX tS versiyasını isə, 919.900 pesoya (92.600 manat) qiymətləndiriblər.

Sportwagon əllərin köməkliyi olmadan açılan yuxarı qalxan qapıya və 40/20/40 nisbətində qatlanan arxa oturacaqlara malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Subaru WRX Avstraliya bazarına 2022-ci ildə Sportwagon universalı formasında daxil olub. O, ikihəcmli t avtomobillərin elə də populyar olmadığı ABŞ-da satılmır və çətin ki, burada daha bahalı Audi RS6 Avant və BMW M5 Touring universallarına rəqib olsun. Yaponiyada Levorg universalı iki güc qurğusu – 1,8 və 2,4 litrlik mühərriklərlə satılır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.