Esteban Okon 2018-ci il mövsümündə Force India komandasında çıxış edəcəyini təsdiqləyib.

Mercedes Motorsport rəhbəri Toto Volf və Silverstounda yerləşən Force India komandasının rəhbərliyi ber neçə həftə bundan öncə fransız pilotun iki illik müqavilə bağladığı barədə xəbər vermişdilər. Lakin, görünən odur ki, gələn mövsüm üçün əlavə təsdiqə ehtiyac varmış.

«İndi mən rəsmi şəkildə təsdiq edə bilərəm ki, mən 2018-ci ili Force India komandasnda keçirəcəyəm», - frnasız pilot Instagram sosial şəbəkəsində yazıb. Xatırladaq ki, Sinqapurda keçirilmiş həftəsonunda Force India komandası Serxio Pereslə müqaviləni uzatdığını xəbər vermişdi.