Beynəlxalq Avtomobil Federasiyası (FİA), qədeşlər demişkən, pilotları “prikola tutmağa” davam edir. Bu dəfə FİA-nın hədəfi McLaren pilotu ikiqat dünya çempionu Fernando Alonso və Renault pilotu Colion Palmer olub. Xatırladaq ki, iki pilot Monzadakı həftəsonunda söz duelinə çıxmışdılar.

Əgər xatırlayırsınız isə, elə həmin İtaliya Qran Prisi çərçivəsində FİA mətbuat konfransına ciddi ünsiyyət problemləri yaşayan Force İndia komandasının pilotları Serxio Peresi və Esteban Okonu dəvət etmişdi. Beləliklə, bu gün kecirilən mətbuat konfrasında Lyuis Həmilton (Mercedes-AMG), Fernando Alonso (McLaren) və Colion Palmer (Renault) istirak edəcəkdirlər. Mətbuat konfransının ikinci hissəsində isə Daniel Rikkardo (RBR), Kevin Maqnussen (Haas) və Lens Stroll (Williams) iştirak edəcəkdirlər.   

Ən maraqlısı isə, FİA-nın nədən ikinci üçlüyə Niko Hülkenberqi daxil etməməsidir ki, çünki bir müddət bundan öncə, Macarıstan Qran Prisində, Kevin onu öz xayalarına “qonaq” etmişdi.