1997-ci ilin dünya çempionu Jak Vilnyov Sinqapur Qran Prisində Sebastyan Fettel, Maks Ferstappen və Kimi Rəykkonen arasında baş vermiş və hər üç pilotun yarışdan kənar qalmasına səbəb olmuş insidentə öz münasibətini bildirib.

“Fettel özü günahkardır. Startda istiqaməti dəyişirsənsə, gözlənilməz hadisələrə hazır olmalısan, çünki arxada baş verənlərdən xəbərin yoxdur, - Motorsport-Total Vilnyovdan sitat gətirib. – Aydındır ki, bunu hər kəs və hər yerdə edir.

F3, F4 yarışlarına baxın... Lakin, hərdən bunun baha başa gələn nəticələri də olur. Əgər titul uğrunda mübarizə aparırsansa, belə risqə getmək olmaz. Onun Kimini görüb-görməməyi vacib deyil. İstiqaməti qəfil şəkildə dəyişmək gərək deyildi”.