Mercedes komandası Lyuis Həmiltonun bolidindəki mühərrikin zədə almadığından əmindirlər. Xatırladaq ki, Melburnda keçirilmiş yarışın sonlarında alman komandası Həmiltondan yavaşlayaraq mühərriki soyutmağı tələb etmişdir.

Avstraliya Qran Prisinin yarış günü birinci yer uğrunda Ferrari pilotu Sebastyan Fetteli mübarizə aparan Lyuis Həmiltonun bolidinin mühərrikinin temperaturu maksimal həddə çatıbmış. Bu barədə Pure Pitwall proqramına müsahibə verən mühəndislər briqadasının başçısı Əndryu Şovlin bildirib. Temperatur təhlükəli həddə çatsa da, icazə verilən göstəriciləri aşmayıb.

“Ola bilər ki, siz radioda Lyuisin bolidinin mühərrikinin qızdığını eşitmisiniz, - Şovlin izahat verib. – Bolidlər yaxın olan zaman mühərriki soyutmaq üçün radiatorlara gərək olan hava daxil olmur. Temperatur son həddə yaxınlaşsa da, biz hər şeyi diqqətlə izləyirdik. Bu həddə yaxnlaşmaq olar, lakin ehtiyatlı davranmaq lazımdır ki, bu həddi aşmayasan.

Lyuisə gəldikdə isə hər şey qaydasında idi. Biz kritik həddə çox yaxınlaşmışdıq. Siz radioda Lyuisin Sebi keçə bilməyəcəyini və mühərriki qorumağın vacib olduğunu eşitmiş olmalısınız. O zaman Lyuis yavaşlayaraq bolidi soyutmağa başladı. Mühərrikin gücünü azaltmaq olar, çünki onun son həddə çəlişmasına ehtiyac yoxdur. Biz əminik ki, mühərriklə hər şey qaydasında olacaqdır”.

Şovlin Mercedes komandasının Bəhreyn mərhələsi öncəsi mühərrikə baxış keçirəcəyini və ondan sonra da istifadə edəcəyini də söyləyib. “Bizim testlər etməyimiz şansınız çox məhduddur və Bəhreynə gələnə kimi mühərriki işə sala bilmərik. Bu qadağandır, - Şovlin əlavə edib. – Biz bu mühərrikdən Bəhreyn və Çində də istifadə edəcəyik və hər zamanı kimi, hər şeyin qaydada olması üçün ona nəzarət edəcəyik”.

Formula 1 çempionatının texniki reqlamenti mövsüm boyu üç mühərrikdən istifadəni nəzərdə tutur. Hər bir mühərrik yeddi yarışda iştirak etməlidir.

Lakin, bunu ardıcıl şəkildə etməmək də olar. Qəbul edilmiş limitin pozulması pilotun mövqe itirməsi ilə cəzalandırılması ilə nəticələnə bilər.