Bir çoxları keçən həftə Melburnun Albert parkında keçirilən Avstraliya Qran Prisinin start düzülüşündə qrid qızlarının olmadığının şahidi oldular. Bu yarış qızlarsız keçirilən ilk Qran Pri olub. Onlar Formula 1 çempionatındakı yerlərini uşaqlara veriblər.

Lakin, Formula 1 həvəskarlarını maraqlandıran əsas suala – bu təşəbbüsün kimdən gəldiyi sualına bu günə kimi cavab tapılmayıb.  Bir çoxları bu təşəbbüsün feminist təşkilatlarından gəldiyini ehtimal etsələr də, bunu təsdiq edən faktlar da ortaya çıxmayıb. Amma, deyəsən bu işin günahkarı tapılıb. İsveçrənin Blick nəşrinin Liberty Media daxilindəki mənbələrindən əldə etdiyi məlumata əsasən, təşəbbüs təşkilatın prezidenti və icraçı direktoru Qreq Maffeyin həyat yoldaşından gəlib. Maffey özü qızların əleyhinə olmasa da, həyat yoldaşının sözündən çıxa bilməyib.

“Şeron sarsılmışdır (qızları görən zaman) və dərhal bu seksist şousundan imtina etməyi təklif edib”, - Blick jurnalisti Rocer Benua yazıb. Bundan sonra Formula 1-in icraçı direktoru Şeyz Keriyə bu ənənədən imtina etmək barədə göstəriş daxil olub.