Barselonadakı testlərin başlanmasına bir saat qalmış Force India komandası yeni mövsümdə yarışacağı VJM11 avtomobilini təqdim edib. Komanda konstruktorlar kubokundakı dördüncü yerini müdafiə etmək fikrindədir.

Təqdimat zamanı komandanın adını dəyişəcəyi gözlənilsə də, Vicey Malyanın yetirmələrinin bu məsələni qeyri-müəyyən müddətə təxirə saldığı görünür. Force India komandasının yeni bolidi keçən il olduğu kimi çəhrayı rəngə boyanıb.

Bununla bərabər, bolidin üzərində ağ rəngli zolaqlar da peyda olubdur.

Birinci olaraq yeni bolidi Nikita Mazepa trekə çıxardacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt