Formula 1 özünün yeni loqotipini təqdim edib. Yeni loqotip Əbu-Dabidə keçirilən yarışın bitməsindən dərhal sonra nümayiş etdirilib. Loqotip Valtteri Bottas, Lyuis Həmilton və Sebastyan Fettelin podiumdakı fləş-müsahibəsi zamanı təqdim edilib.

«Biz yeni loqotipin nümayişinin mart ayında həyata keçiriləcək F1 brendinin qlobal yenilənməsinin başlanğıcı olmasını istədik, - F1-in kommersiya direktoru Şon Bratçes bildirib. - Bizim televiziya məhsulumuzun yeni qrafiki dizaynı, yeni veb-platformamız və ictimai potensialımız olacaqdır. Bu gələcək üçün hazırlayacağımız F1-dir. Bizım əsas məqsədimiz tərəfdaşlarımız, promouterlər, sponsorlar və merçandayzinq üzrə tərəfdaşımız üçün başlanğıc nöqtəsini müəyyən etmək idi.

Biz ən əlverişli anın bu gün olduğunu hesab etdik».